Astroloji proqnoz - 12 noyabr
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 12 noyabr

Astroloji proqnoz - 12 noyabr

QOÇ - İş üslubunda dönüş yaratmaq üçün şanslarınız artacaq. Bunun üçün ilk növbədə ədalət prinsiplərinə riayət etməyiniz tələb olunur. Özünüzü həmkarlarınızdan daha üstün tutmayın.

BUĞA - Maraqlı sövdələşmələr aparmaq üçün kifayət qədər məhsuldar gündür. Qarşı tərəf sizin bütün təkliflərinizə müsbət rəy bildirəcək. Amma gərək lovğalıqdan uzaq olasınız.

ƏKİZLƏR - İxtiyarınızda olan bu təqvimdən qeyri-adi heç nə gözləməyin. Necə deyərlər, başınızı aşağı salıb adi işlərlə məşğul olun. Hər dedi-qoduya ciddi yanaşmayın. Daxili orqanlarınızı qoruyun!

XƏRÇƏNG- Dünəndən Ay bürcünüzdə olsa da, bunun nəzərdə tutduğunuz işlərin həyata keçməsinə maneçiliyi olmayacaq. Əksinə, bütün planlarınız reallığa yaxınlaşacaq. Qidanıza fikir verin.

ŞİR - Bir qədər problemli gün hesab etmək olar. Çünki bir tərəfdən səhhətinizdə çətinliklər, digər tərəfdənsə pulsuzluq ovqatınızı korlaya bilər. Heç olmasa münasibətləri tənzimləyin.

QIZ - Həddindən ziyadə yorğun bir gün yaşamalı olacaqsınız. Üzərinizə düşən vəzifələrin məsuliyyətini dərk etməyə çalışın. Həmkarlarınızla yerli-yersiz mübahisəyə girişməyin.

TƏRƏZİ - Təxminən saat 16-ya qədər gərgin situasiyalarla üzləşə bilərsiniz. Odur ki, oturub-durduğunuz adamların kimliyini götür-qoy edin. Etibar etmədiyiniz kəslərə mühüm sirlərinizi verməyin.

ƏQRƏB - Astroloji göstəricilər maliyyə durumunuzun yaxşılaşacağını bəyan edir. Münasibətlər zəminində isə vəziyyət bir qədər gərginləşə bilər. Mübahisədən yayının.

OXATAN - Nəhayət ki, neçə gündən bəri davam edən üzüntülü anlarınız arxada qalacaq. Təxminən saat 11-dən etibarən şəxsi işlərinizdə böyük dönüş baş qaldıracaq. Çətinlikdən qorxmayın.

OĞLAQ - Sevindirici hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, ağlınıza gətirmədiyiniz istiqamətdən işgüzar təkliflər də alasınız. Vaxtınız olsa, müqəddəs yerlərə mütləq baş çəkin.

SUTÖKƏN – Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyətə yönəldəsiniz. Çünki digər sahələrdə xoşagəlməz hadisələr mümkündür. Pulla bağlı bütün planlarınızı təxirə salın. Uzaq yola çıxmayın.

BALIQLAR – Ünsiyyətdə olduğunuz hər bir kəslə, ələlxüsus da doğmalarınızla mehriban davranın. Nəzərə alın ki, qarşılıqlı hörmət sizə səmərə verə bilər. Qaranlıq havada daha çox evdə olun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm