Ayan “Səndən sonra” mahnısını kimin üçün oxuyub? - Açıqlama
Bizi izləyin

Tabloid.az

Ayan “Səndən sonra” mahnısını kimin üçün oxuyub? - Açıqlama

Müğənni Ayan Babakişiyeva ötən gün çoxdan gözlənilən “Səndən sonra” adlı mahnısını təqdim edib.

Müğənni Ayan Babakişiyeva ötən gün çoxdan gözlənilən “Səndən sonra” adlı mahnısını təqdim edib. Mahnının adı daha çox diqqətimizi çəkdi və sanki müğənni bu mahnını kiməsə ünvanlı şəkildə ifa edib. Məhz bu səbəbdən eyni sualla xanım Babakişiyevaya müraciət etdik.

Müğənninin tabloid.az-a bildirdiyinə görə, “Mahnı ünvanlı deyil. Çox gözəl və maraqlı mahnıdır. Ünvanlı mahnılarım geridə qaldı deməzdim, sadəcə ünvanlı deyil (gülür). Artıq bundan sonra sevirəm, seviləcəyəm sözləri olan mahnılar oxuyacağam. Təqribən 10 gün sonra “Səndən sonra” adlı mahnıma klip çəkdirəcəyəm”

Xatırladaq ki,, “Səndən sonra” mahnısının söz və musiqisi Tural Bayraməliyevə məxsusdur. Bu səpkidə mahnı Ayan xanımın yaradıcılığında yenidir. Mahnıda müxtəlif musiqi alətlərin ifası yer alıb və bunlar Türkiyədə türkiyəli musiqiçilər tərəfindən səsləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm