Qaraciyər salatı - Resept
Bizi izləyin

Tabloid.az

Qaraciyər salatı - Resept

Tabloid.az toyuq qaraciyəri ilə hazırlanan salatın reseptini təqdim edir:

Tabloid.az toyuq qaraciyəri ilə hazırlanan salatın reseptini təqdim edir:

İnqrediyentlər:

300-400 toyuq qaraciyəri

2-3 duzlu xiyarı

2 ədəd baş soğan

2 iri kök

3 yumurta

50 qram pendir

şüyüd

2-3 diş sarımsaq

mayonez

Hazırlanması:


1-ci qat: Qaynadılmış qaraciyəri sürtgəcin iri gözündən keçirin.
2-ci qat: Xiyarı da sürtgəcin iri gözündən keçirin.
3-cü qat: Sürtgəcdən keçirilmiş kökü soğanla qızardın, üzərinə əzilmiş sarımsaq əlavə edin.
4-cü qat: Yumurtanı sürtgəcdən keçirin.
5-ci qat: Üzərinə sürtgəcdən keçirilmiş pendir və göyərti səpin.
Bütün qatlara mayonez, duz, istiot vurmağı unutmayın.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm