Qadınların kişilərə danışdığı ən böyük 7 yalan
Bizi izləyin

Tabloid.az

Qadınların kişilərə danışdığı ən böyük 7 yalan

Qadınlar kişilərə hansı yalanları danışırlar?

Yalan sadəcə kişilərə məxsus deyil. Qadınlar da gün ərzində yalan danışa bilirlər. Qadınlar çox vaxt müzakirələrdən qaçmaq üçün ilk baxışda kiçik görünən yalanlara müraciət edirlər. Ancaq unutmamaq lazımdır ki, ən kiçik yalan belə sevdiyiniz kişinin gözündən düşməyiniz və sizə olan güvənin azalmasına səbəb ola bilər. Odur ki, insanlara qarşı səmimi və dürüst olmağa çalışın.

Tabloid.az qadınların ən çox danışdığı 7 yalanı təqdim edir:

Pul vacib deyil

Qadınların çoxu pula deyil, sevgiyə önəm verdiklərini deyirlər. Onlar varlı bir kişi əvəzinə eşqlə bağlı olduqları adamla evlənməyə üstünlük verdiklərini deyirlər. Ancaq reallıq heç də belə deyil. Düzdür, qadınlar çox vaxt hissləri ilə hərəkət edirlər, ancaq gələcək onları çox düşündürür. Odur ki, ailə qurarkən gələcəkdə maddi problemlərlə üzləşməməyi də nəzərə alırlar.

Valideynlərini çox sevirəm

Əlbəttə həyat yoldaşının və ya sevgilisinin ailəsi ilə yaxşı yola gedən qadınlar da var. Ancaq sevdiyi kişinin valideynlərindən və qohumlarından xoşu gəlməyən qadın bunu əsla etiraf etmir və yalan danışır.

Əslində qadınların bu yalanını başa düşmək olar, çünki heç bir kişi valideynlərindən xoşu gəlməyən qadınla birlikdə olmaq istəməz.

Futbol izləməyi sevirəm

Bir çox qadının idmana marağı ola bilər, ancaq futbolu sevən qadınların sayı olduqca azdır. Bəyəndiyi kişini özündən uzaqlaşdırmaq istəməyən qadınlar məcbur olub matç izləməyi sevdiklərini deyirlər. Çox vaxt da yalanlarının üstü açılmasın deyə nifrət etməklərinə baxmayaraq saatlarla oyunu izləyirlər. Qadınlara tövsiyəmiz əvvəlcədən dürüst olmaq və futboldan nifrət etdiklərini etiraf etmələridir. Yoxsa münasibət sizin üçün işgəncə halını ala bilər.

Hər axşam yemək bişirirəm

Qadınların 80 faizi bəyəndiyi kişinin xoşuna gəlmək üçün yemək bişirməkdən zövq aldığını, ev təmizliyi, ütü kimi işləri görməkdən bezmədiyini deyirlər. Ancaq bir müddət sonra tənbəllik edən qadınlar sevdikləri kişini bir dəfəlik itirə bilərlər. Düzdür, kişilər dadlı yemək bişirən, ev işlərində məharətli olan qadınları xoşlayırlar. Ancaq hər qadın bu xüsusiyyətlərə sahib olmaya bilər. Çalışın sizi hər halınızla sevəcək bir kişi ilə birlikdə olasınız. Unutmayın ki, sevən kişi ev işlərini görən xidmətçi deyil, əsl qadın istəyər.

Mənim səhvimdir

Hər bir qadın həyatında 3-4 dəfə də olsa bu yalana müraciət edir. Çünki heç bir qadın sevgilisi və ya həyat yoldaşı ilə mübahisə etməyi xoşlamır. Mübahisəni sonlandırmaq üçün ən yaxşı üsul isə səhvin özündə olduğunu deyib, söhbəti bağlamaqdır.

Mən qısqanc deyiləm

Hər bir qadın az və ya çox dərəcədə qısqancdır. Qısqanclıq hissi olmayan qadın yoxdur. Qadınlar sevgililərini başqa qadınlara və ya jurnallardakı seksual qadın fotolarına baxarkən yaxaladıqda həqiqətən çox əsəbiləşirlər. Ancaq bunu kişiyə hiss etdirməməyə çalışırlar. Çünki qısqanclığın özünə inamsızlıq olaraq qəbul ediləcəyini düşünürlər. Çox vaxt da partnyorlarını qısqandırcaq hərəkətlər edərək intiqam alırlar.

Mükəmməl idi

Demək olar ki, bütün qadınlar yataq otağında kişilərə yalan danışırlar. Qadınların ən böyük yalanlarından biri seks həyatından məmnun olması və partnyorunun seks performansını yüksək qiymətləndirməsidir. Kişilər eqolarını oxşadığı üçün bu yalanlara tez inanırlar. Bu kiçik bir yalan kimi görünsə də, əslində münasibətə çox mənfi təsir edə bilər. Seks həyatından məmnun olmayan qadın bunu partnyoru ilə bölüşə bilmədikdə bir müddət sonra ya ayrılır, ya da xəyanət edir. Çünki qəbul etmək istəməsək də sevgi münasibətlərinin uğurlu alınmasının 50 faizi hisslər, duyğular ilə əlaqəli olsa da, yarısı da sekslə bağlıdır. Odur ki, partnyorlarınıza həqiqəti deyin və birlikdə problemlərin öhdəsindən gəlin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm