Nadirdən aparıcıya: “Duzsuzsan! Şitqulusan!”
Bizi izləyin

Tabloid.az

Nadirdən aparıcıya: “Duzsuzsan! Şitqulusan!”

"Onu qapımda it yerinə bağlamaram"

Yerli şou biznesin ən emosional müğənnisi Nadir Qafarzadə şəxsi “İnstagram” səhifəsində od püskürüb. Qafarzadə ad çəkməsə də, aparıcılardan birini “ağ yuyub qara sərib”.

N.Qafarzadə: “Bir çox aparıcılara mesajım var. Gedin işinizlə məşğul olun. Verilişlərinizdə mənim adımı hallandırmaqla özünüzə reytinq yığmayın. Mən kefdə-damaqda, istirahətdə. Siz haradasınız? Əgər verilişiniz uğursuz alınırsa, mənim günahım yoxdur. Mənim yerim daim yüksəkdədir. Sizinsə yeriniz görünmür. Aranızda elələri var ki, neçə illərdir səhnədədir, amma tamaşaçı hələ onu tanımır. Çünki, duzsuzdur! Şitquludur! Sizin kimiləri qapımda it yerinə bağlamaram. Çünki mənim itim hörmətlidir”.

Bu yazıdan sonra müğənni isə əlaqə saxlayıb məsələyə münasibətini öyrəndik. Tabloid.az-a açıqlama verən müğənni bildirib ki, Rusiyada istirahət edir:

“Bakıda bəziləri uğursuz layihələri ilə reytinq qazanmaq üçün mənim adımı hallandırırlar. Və gözləyirlər ki, mən onlara söz qaytaracağam. Mən isə söz qaytarmayacağam. Çünki məni maraqlandırmırlar. Özüm ad çəkmirəm. Hər kəs məni sözü üzə deyən birisi kimi tanıyır. Amma onu reklam edib tanıtmaq istəmirəm. Neçə illərdir ki, səhnədədir amma onu tanıyan yoxdur. Alabaş it ondan çox tanınır. Başa düşürəm mən uğurlu müğənniyəm və adımı hallandırmaqla uğursuz verilişlərinə uğur qazandırmaq istəyirlər. O, necə kişidir anlamıram. Kişiyə layiq hərəkət etmir”.

Müğənni həmçinin onu da əlavə edib ki, məhərrəmilik ayında toyların olmaması səbəbindən istirahət üçün Rusiyaya yollanıb. Qafarzadə noyabrın 20-dən sonra Bakıya dönəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm