• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yağışlı havaların ən rahat və dəbli çəkmələri - Fotolar

Yağışlı havaların ən rahat və dəbli çəkmələri - Fotolar

Yağış çəkmələri artıq təkcə payız mövsümündə deyil, haradasa 4 mövsüm üstünlük verilən geyim parçalarından birinə çevirib. Əsl adı Vellinqton çəkməsi olan yağış çəkmələri xüsusilə musiqi festivallarına qatılan məşhurların sevimli modelidir. Qarda, yağışda, palçıqda, ya da günəşli havada hər paltara uyğun olan Vellinqton çəkmələr tərz duruşları ilə bir çox modapərəstin qış ayaqqabı kolleksiyasının şah əsəri olmağa davam edir:

Vellinqton çəkmələrinin tarixi 1880-cı illərə təsadüf edir. Vellinqton Hersoqu pinəçidən əsgər çəkmələrinə bənzəyən, ancaq onlardan həm daha rahat, həm də günün hər saatı geyinəcəyi çəkmə hazırlamasını istəyir. Beləliklə, Vellinqton çəkmələri yaranır. Düzəldilən ilk Vellinqton çəkmələri tamamilə dəridən istehsal edilib. Ancaq I Dünya Müharibəsi ərzində çox maraq göstəriləndə kauçukdan istehsal edilməyə başlanılır. İndiki plastik çəkmələrin tarixi “Hunter Company” adı ilə bağlıdır. Onlar 1900-cı illərin yarısında bu çəkmələri plastik olaraq istehsal etməsilə başlayır.

Yağış çəkməsi deyəndə ağla Hunter gəlir. Yağış çəkməsi ilə bütünləşmiş Hunter markası da ingilis mənşəlidir. İngilislərlə inteqrasiya olunduğundan, yoxsa məchul səbəblərdən dolayı demək olar ki, hər ingilisin əz azı bir cüt Hunter yağış çəkməsi olduğu iddia edilir. İngilislərin Hunter çəkmədə üstünlük verdiyi rəng isə adətən yaşıldır. Hətta ingilis kral ailəsinin üzvlərinin təbiətdə keçirdiyi fəaliyyətlərdə yaşıl rəng Hunter çəkməsinə üstünlük verdikləri görülür.

Keyt Middletonun favoriti "Le Chameau"

Kral dedikdə ağla gələn ilk adlardan biri olan Keyt Middletonun seçimi isə Hunter deyil. Keyt "Le Chameau" markasının Vierzonord modelli yağış çəkmələrinə üstünlük versə də, onun da digər kral üzvləri kimi yaşıl rəngli yağış çəkməsinə üstünlük verməsi maraqlıdır.

Bataqlıq və musiqi festivalları

Keyt Moss iştirak etdiyi musiqi festivallarında sanki uniforma halına gətirdiyi Hunter yağış çəkməsi, mini donlarla, şortlarla bir çox modapərəstin ilham qaynağı olur. Onun yağış çəkməsini şortla, mini paltarla və ya dar cins şalvarlarla rahatlıqla geyməsi modeli daha fərqli göstərir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR