Elza Seyidcahan Maral Tahirqızının səs diapazonunu yoxlayır - Video
Bizi izləyin

Tabloid.az

Elza Seyidcahan Maral Tahirqızının səs diapazonunu yoxlayır - Video

Maral Tahirqızının adı və üzü hamıya tanışdır.

Maral Tahirqızının adı və üzü hamıya tanışdır.

Tabloid.az xəbər verir ki, o, son bir neçə ay ərzində sosial şəbəkələrin ən populyar siması olub. Düzü, bir çoxları bu müğənninin repertuarından xəbərsizdir. Amma hər kəs onun görünüşü ilə bağlı hər xırda detalı əzbər bilir...

Çünki Maral xanım qeyri-adi fotosessiyaları ilə populyarlaşıb. Buna səbəb isə “Facebook” istifadəçilərinin aktiv olaraq onun şəkillərini paylaşmaları olub. Sonralar Maral Tahirqızı telekanallara yol açdı... Və... o, danışdı, bununla da hər kəs anladı ki, Maral Tahirqızının görünüşü ilə daxili aləmi tam bir vəhdət təşkil edir... Bütün bunlara baxmayaraq, Maral xanım ambisiyalı çıxışlar etməkdən çəkinmədi. Hətta israrla bildirdi ki, bir çox ustadlarımızdan musiqi dərsləri alıb, peşəkardır. Hətta ustadların hamısı da onun istedadını yüksək dəyərləndiriblər.

Bir az sonra isə özünü “Azərbaycanın ən zil səsli müğənnisi” adlandıran Maral xanım müsahibələrindən birində səsinin yeddi oktava olduğunu dedi...

İndi isə bir anlıq Maral Tahirqızı ilə ekstravaqant müğənnimiz Elza Seyidcahanın miksini təsəvvür edin. Və bu olub! Belə ki, bir müddət öncə hər iki müğənni “Xəzər” televiziyasında nümayiş olunan “5-də 5” verilişinin qonağı olublar.

Verilişdə Elza Seyidcahan Maral Tahirqızının səsinin necə deyərlər, gücünü yoxlamaq qərarına gəlib. Bu missiyanı öz üzərinə götürən Elza Seyidcahan Maralın səsini dinləyib, diapazonunu yoxlayıb.

Onun səsinin neçə oktava olduğunu isə sizə təqdim etdiyimiz videoya baxanda biləcəksiniz.

Baxın, və zövq alın...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm