• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nura 100 minlik “Brilliantlar”ını jurnalistlərə göstərdi-Foto

Nura 100 minlik “Brilliantlar”ını jurnalistlərə göstərdi-Foto

Uzun zamandır yaradıcılığında durğunluq yaşayan məşhur müğənni Nura Suri axır ki, sükütu pozdu. İfaçı bəstəkar Murad Arifdən yeni aldığı “Brilliantlar”ı jurnalistlərin ixtiyarına buraxdı. Klip Gürcüstanın paytaxtı Tbilisidə çəkilib.

Publika.az-ın məlumatına görə adıçəkilən ölkənin məşhur rejissorlarından olan Zaza Uraşvilinin 17 dərəcə şaxtada çəkdiyi klipin qeyri-adi süjet xətti var. Burada az qala hər birimizin izlədiyi bir çox məşhur Hollivvud filmləri yer alıb. Dəqiq desək Nura Suri həmin filmlərin bəzi kadrlarını təkrarlayıb. Nura büdcə açıqlamasa da klipin bahalı olduğunu dilə gətirib: “Məbləğ açıqlamayacam. Ancaq bir onu bilirəm ki, bu süjet xəttinə Moskvada klip çəksəydik, 100 minə yaxın pulumuz çıxardı. Yeri gəlmişkən, klipi gürcü rejissoru çəksə də süjet dostlarım və hərəsi öz sahəsində peşəkar olan Sama Rəsulova və Zahid Baydarova məxsusdur. Onu da qeyd edim ki, biz eyni süjet xəttinə Azərbaycanda klip çəkmək istəyirdik. Hətta bir yerli rejissorumuzla da görüşüb danışdıq. Ancaq rejissor istəyimizi eşidəndə alınmayacağını dedi. Biz də yollandıq Gürcüstana”.

Klipdə peşəkar rəqqaslarla yanaşı olduqca bacarıqlı aktyor da iştirak edib. Klipdə əsl silah növlərindən istifadə edilib. Tamaşaçılar Nuranı 6 fərqli obrazda görəcək.

Nura Suri Gürcüstanda onunla çalışan komandadan razı olduğu qədər onunla yola düşən öz komandasından da ağız dolusu danışdı: “Mən ilk dəfə idi işinə bu cür məsuliyyətlə yanaşan rejissorla çalışırdım. O cür soyuq hava şəraitində imkanı olduğu halda belə heç bir məqamı loru dildə desək, yola vermədi. Hətta mən bəzi hallarda yorulub dayanırdım. Ancaq rejissor bütün detallara olduqca həssas və diqqətlə yanaşırdı. Onun komandası peşəkar olduğu qədər mənim də komandam bu işin öhdəsindən layiqincə gəldi. Birgə yola düşdüym adamlar sırasında Nigar İbrahimova, Sama Rəsulova və Zahid Baydarov da var idi. İnsanı ən yaxşı tanımaq üsulu onunla birgə yola çıxmaqdır.

Obrazlarımdan birində həmkarım Sevda Yəhyayevanın da əməyi keçib. Sağ olsun, çəkiliş üçün mənə öz parikini verdi (gülür). Adını çəkdiyim hər kəsə sonsuz təşəkkür edirəm. Əsas odur ki, mən klipin təəssüratlarından yaxşı mənada şokdayam və xərclədiyim pula dəyərdi”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR