Mark Antoni evləndi - Foto
Bizi izləyin

Tabloid.az

Mark Antoni evləndi - Foto

“Grammy” mükafatı laureatı, amerikalı məşhur müğənni Mark Antoni yenidən ailə qurub.

“Grammy” mükafatı laureatı, amerikalı məşhur müğənni Mark Antoni yenidən ailə qurub. Seksual ulduz Cennifer Lopezin keçmiş həyat yoldaşı bu dəfə də ailə qurmaq üçün gözəl bir qadın seçib.

Venesuellalı model sevgilisi Şennon de Lima ilə evlənən 46 yaşlı Antoninin özünü olduqca xoşbəxt hiss etdiyi deyilir.

Özündən 20 yaş kiçik, yəni 26 yaşlı Lima ilə ailə quran Antoninin bu, üçüncü evliliyidir. Bu günə kimi olan münasibətlərindən 6 uşağı olan müğənni əkiz övladlarının anası Cennifer Lopezdən 2011-ci ildə boşanmışdı.

Qeyd edək ki, Cey-Lo ötən gün jurnalistlərin suallarını cavablandırarkən keçmiş ərinə xoşbəxtlik arzulamışdı.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm