Hansı yaşda hansı vitamin qəbul edilməlidir?
Bizi izləyin

Tabloid.az

Hansı yaşda hansı vitamin qəbul edilməlidir?

Qadınların fərqli yaşlarda almalı olduqları vitaminlərin siyahısı

İngiltərənin “Sunday Times” qəzeti qadınların fərqli yaşlarda qəbul etməli olduqları vitaminlərin siyahısını yayımlayıb.

Tabloid.az sizin üçün həmin siyahını təqdim edir:

20-30 yaşlarında

Bu dövrdə düzgün qidalanma ilə bədənin ehtiyacı olan bütün vitamin və mineralları qəbul etmək lazımdır. Yetişkinlik dövründə baş verən hormon dəyişiklikləri və dəri problemlərinin qarşısını almaq üçün A vitamini ilə zəngin olan qidalar yeyilməlidir.

Aybaşı zamanı itirilən qan, saxlanılan pəhrizlər bu yaş qrupunda olan qadınların qansızlıq problem ilə üzləşmələrinə səbəb olur.

Qansızlıq problemindən əziyyət çəkməmək üçün dəmir mənbəyi olan qırmızı ət, həmçinin ispanaq kimi yaşıl yarpaqlı bitkilər yeyilməlidir.

30-40 yaşlarında

Xüsusilə qadınların ana olduğu bu yaşlarda sağlam hamiləlik keçirmək üçün fol turşusu ilə zəngin olan qidalar qəbul etmək vacibdir. Hamiləlik dövründə qida rasionunda mütləq kalsium və D vitamini ilə zəngin olan qidalar olmalıdır. Süd və süd məhsulları, kələm, qabaq və balıqdan bu vitaminləri ala bilərsiniz.

40-50 yaşlarında

Bu yaşda qadınların vitamin ehtiyacları yenə dəyişilir. Bu dəfə antioksidant xüsusiyyəti olan C və E vitaminlərinə ehtiyac artır. Eyni zamanda sümüklər üçün vacib olan kalsium və D vitamininə ehtiyac bu yaşlarda pik səviyyəyə yüksəlir. Antioksidant vitaminlər ürək sağlamlığını qoruyarkən, dəri yaşlanmasına qarşı da yaxşı təsir edir.

50-60 yaşlarında

Bu yaş qrupundakı qadınlar 40-50 yaş dövründə qəbul etdikləri vitaminlərə davam etməlidirlər. Ancaq bu dövrdə E vitaminini daha çox qəbul etməlidirlər. E vitamin həm dəri üçün faydalıdır, həm də ürək-damar sistemini, sinir sistemini və immuniteti gücləndirir. Bədəndəki əzələ ağrıları və köp, ödəmdən xilas olmaq üçün də E vitamini çox yararlıdır.

60-70 yaşlarında

Qadınların bu dövrdə kalsium və D vitamini ehtiyacı yenə artır. Eyni zamanda sink və B12 vitaminini də bu yaşda sağlam qala bilmək üçün qəbul etmək çox vacibdir. 60 yaşlı qadınların 20 faizi B12 vitamini çatışmazlığından əziyyət çəkirlər. Ona görə də bol-bol ət, süd və süd məhsulları, həmçinin yumurta yemək lazımdır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm