Çingiz Mustafayev rəssamlığa başladı – Video, Fotolar
Bizi izləyin

Tabloid.az

Çingiz Mustafayev rəssamlığa başladı – Video, Fotolar

Müğənni Çingiz Mustafayev “ağır yük” altına girib. Bu haqda müğənni tabloid.az saytına məlumat verib.

Müğənni Çingiz Mustafayev “ağır yük” altına girib. Bu haqda müğənni tabloid.az saytına məlumat verib. Belə ki, vaxtını səmərəli keçirməyi sevən gənc müğənni məhərrəmlik ayının olmasından və rəsm sənətinə olan marağından irəli gələrək indiyədək etmədiyi bir işi görmək qərarına gəlib.

“Mən rəsmləri özüm üçün çəkirəm. Çox ağır bir işdir və bir ilə 1 iş çəkə bilirəm. Bütün günü işləmişəm. Hətta yerdə oturub çəkdiyimdən hazırda ayaqlarımın ağrısından yeriyə belə bilmirəm. Qəliz iş görməyi sevirəm. İndi edəcəyəm işdən bəlkə də heç dünyada olmayıb. Məsələnin ağırlığı isə ondandır ki, bir var sadəcə boya ilə işləyəsən, mən isə bu əsərimdə müxtəlif materiallardan istifadə edəcəyəm. Məsələn, gips, müxtəlif kəndirlər, suvenirlər, torpaq, gildən, şüşədən və.s istifadə edəcəyəm. Sanballı bir iş olacaq. Bu abstrakt bir əsər olacaq. Mən iş görəndə o qədər aludə oluram ki, telefonumu da söndürürəm ki, mənə mane olmasınlar”.

Müğənni tabloid.az-a müsahibəsində onu da əlavə edib ki, çəkdiyi həmin bu işi əvvəldən sona kimi “Go Pro” və “Black Magic” kamerası ilə lentə alacaq. Ardınca isə lentə alınmış kadrlardan klip çəkəcək.

Maraq üçün bildirək ki, müğənninin indiyədək müəllifi olduğu 2 hazır rəsm əsəri var. Tabloid.az müğənninin çəkdiyi 2 rəsm əsərini, həm də hazırda üzərində çalışdığı portretin videosunu təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm