Zemfira: “Yol polisi görəndə saçlarımı açıram ki...” - Açıqlama, Fotolar
Bizi izləyin

Tabloid.az

Zemfira: “Yol polisi görəndə saçlarımı açıram ki...” - Açıqlama, Fotolar

“Saçlarım mənə çox kömək edir. Hətta yol hərəkəti qaydasını pozduqda belə avtomobildə saçlarımı yığmışamsa dərhal saçlarımı açıram ki, tanısınlar ki, mənəm (gülür)".

“Saçlarım mənə çox kömək edir. Hətta yol hərəkəti qaydasını pozduqda belə avtomobildə saçlarımı yığmışamsa dərhal saçlarımı açıram ki, tanısınlar ki, mənəm (gülür). Çox sağ olsunlar, yol polisləri də hörmətlə yanaşırlar. Düşünürəm ki, bu saçlar şou biznesdə mənim pasportumdur”. Bu sözləri tabloid.az saytına açıqlamasında seksual görünüşü ilə yaddaşlarda iz buraxan teleaparıcı Zemfira deyib.

Aparıcı saçlarını dəlicəsinə sevdiyini etiraf edib:

“Çox nadir adam tanıyıram ki, uzun müddət eyni saç formasını saxlasın. Vaxtilə saçlarımda çoxsaylı eksperimentlər aparmışam. Sarı, qara rəngə boyamışam, refle etdirmişən. Və əlbəttə ki, bir gün saçlarım yandı. Nə düz oldu, nə də buruq. Eybəcər forma aldı. İki ilə yaxın saçımı düzləşdirməli olurdum. O ərəfədə hamı elə bilirdi ki, mənim saçlarım düzdür. Hətta məcbur olub saçımı qulağımın dibindən kəsdim. Camaatın əzizi ölər ağlayar, mən isə saçıma baxıb ağlayırdım. Özümə söz verdim ki, saçım uzansın və bir daha o buruqlara əl vurmayacağam. Mənim saçlarım eksperimentləri sevmir. Tez küsür... Ona görə sığallayıb, əzizləyirəm onları”.

Zemfira xanım onu da əlavə edib ki, aktrisa Vəfa Zeynalova və ondan başqa şou biznesdə üçüncü buruqları olan adam yoxdur:

“Biz universitetdə bir yerdə oxumuşuq. O, aktyorluq üzrə təhsil alırdı, mən isə rejissorluq üzrə. İnşallah ki, üçüncüsü olmaz. Oturuşumu, danışığımı, geyimimi götürüblər, saçıma heç olmasa dəyməsinlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm