Zövqsüz adlandırılan müğənnilər stilistin cavabını verdilər - Qalmaqal
Bizi izləyin

Tabloid.az

Zövqsüz adlandırılan müğənnilər stilistin cavabını verdilər - Qalmaqal

Tabloid.az hər 3 müğənninin fikrini öyrənməyə cəhd edib.

Bir neçə gün öncə tanınmış stilist Nəsir Babayev “Hər şey daxil” verilişində səhnəmizin 3 xanım müğənnisini - əməkdar artisti Elza Seyidcahanı, müğənni Xumar Qədimovanı və Manananı zövqsüz adlandırıb.

Stilist qərəzsiz və səmimiliyini nümayiş etdirmək üçün bunları deyib:

“Baxmayaraq ki, Manana mənim dostumdur. Ancaq o, zövqsüzdür. Azərbaycanda zövqsüz müğənni hədsiz dərəcədə çoxdur. Hətta nə qədər yaxşı geyinməyə çalışsalar da, zövqsüzdürlər. Məsələn, Xumar Qədimova, Elza Seyidcahan, Manana Çaparidze zövqsüzdürlər. Sənətlərini bir kənara qoyaraq, mən onların saçlarına, makiyajlarına, geyim tərzlərinə qiymət verdim”.

Bostanına atılan daşları cavabsız qoymayan şou əhli bu dəfə də susmayıb və stilistin cavabını verib.

Tabloid.az hər 3 müğənninin fikrini öyrənməyə cəhd edib. Əməkdar artist Elza Seyidcahan Nəsir Babayevin onun adından istifadə edib tanınmaq istədiyini iddia edib:

“Mən heç o stilisti tanımıram. Buna görə də onun fikri mənim üçün önəmli deyil. Heç tanıdıqlarımın da fikri mənim üçün önəmli deyil. Çox adamlar reklam olunmaq üçün mənə söz atırlar. Bu səbəbdən də sözümü dəyərsiz etmək istəmirəm. Mən kiminsə haqqında danışsam ona reytinq gəlir. Buna görə susmaq istəyirəm”.

Gürcü qızı Manana da məsələyə münasibətini bildirib. “Hamı hamını bəyənə bilməz”, - deyən müğənni əlavə edib ki, hər kəsin fikrinə hörmətlə yanaşır.

“Kimsə məni olduğum kimi çox bəyənir, kimsə bəyənmir. Çox sağ olun ki, məni xatırlayırsınız. Əsas insanın xoşbəxtliyidir. Mən karyeramda da, ailəmdə də çox xoşbəxtəm. Hər kəsə xoşbəxtlik arzu edirəm ki, ətrafdakılarla da bunu bölüşə bilsinlər. Mən hazırda ailəmlə birlikdə Praqadayam. 3 gün öncə qızım Elizabetin doğum günü, oğlum Davidin isə 3 aylığı tamam oldu. Bunu qeyd etmək üçün buradayıq”.

Xumar Qədimova ilə də əlaqə saxlamağa çalışsaq da, müğənni telefon zənglərimizi cavabsız qoydu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm