“Orada özünə tapıb “Taniya”, sənə də deyib ki, davay, do svidaniya” - Video
Bizi izləyin

Tabloid.az

“Orada özünə tapıb “Taniya”, sənə də deyib ki, davay, do svidaniya” - Video

Rüstəmov qardaşları bu dəfə müğənni Mətanət Əsədovaya qafiyə qoşublar.

“Davay, do svidaniya” meyxanasının müəllifləri İntiqam və Ehtiram Rüstəmovları çoxları tanıyır. Qardaşlar söylədikləri bu meyxana ilə populyarlıq qazanıblar. Bir çoxları meyxananı ciddi qəbul etmirlər, amma hələ də dinləyənlər var.

Deməli, Rüstəmov qardaşları bu dəfə müğənni Mətanət Əsədovaya qafiyə qoşublar.

Tabloid.az xəbər verir ki, “Xəzər” televiziyasında Zaur Kamalın təqdimatında efirə çıxan “5-də 5”verilişində kiçik bir səhnəcik qurulub. Səhnəcikdə kənd qadını obrazını canladıran Mətanət Əsədovanı “əri” atıb, Rusiyaya gedib. Bu azmış kimi, orada özünə Tanya adlı bir qadın tapıb, bu da müğənnini kədərləndirib...

Verilişdə Ehtiram Rüstəmov Mətanətə meyxana ilə təskinlik verib:

“Yəqin gedib orada özünə tapıb “Taniya”, sənə deyib ki, davay, do svidaniya”.

Sizə təqdim etdiyimiz videoda baş verənləri izləyə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm