ATV kanalı Günay İbrahimlini “qara siyahıya” salacaq?
Bizi izləyin

Tabloid.az

ATV kanalı Günay İbrahimlini “qara siyahıya” salacaq?

Son günlər diqqət mərkəzində olan müğənnilərdən biri də Günay İbrahimlidir.

Son günlər diqqət mərkəzində olan müğənnilərdən biri də Günay İbrahimlidir.

Tabloid.az xəbər verir ki, müğənni bu günlərdə start götürən və onun da iştirak etdiyi “Kimdir nömrə 1” yarışmasından uzaqlaşıb. O, yarışmanın ikinci həftəsində efirdə görünməyib. Bu da layihənin rəhbəri və aparıcı Cavid Gül başda olmaqda münsiflər heyəti - prodüser Tolik (Tarix Əliyev) və teleaparıcı Afaq Gəncəlinin narazılığına səbəb olub.

Layihənin digər iştirakçıları da həmkarlarının bu addımını hörmətsizlik kimi qəbul ediblər.

Məsələ ilə bağlı hər kəs canlı yayımda öz fikrini bildirib. Hətta Günay layihədən imtina etdiyi zaman onu həmkarı Yaşar Yusub növbəti həftənin duelinə də dəvət edib.

G.İbrahimli Tabloid.az-a açıqlamasında məsələyə münasibət bildirib:

“Mənim ATV telekanalının rəhbərliyinə olduğu kimi, o layihənin bütün iştirakçılarına sonsuz hörmətim var. Olanlarla bağlı çox narahatam. Mən layihəyə dəvət alanda demişdim ki, bir həftədən çox qala bilməyəcəyəm. Sadəcə təklif edən dostların dəvətindən lap başdan imtina edə bilmədim”.

Gənc müğənni “Maşın” realiti şousundan sonra SMS-lə keçirilən yarışmalara etimad etmədiyini dilə gətirib:

“Həm də düşünürəm ki, bu layihə maraqlı olduğu qədər də qalmaqallıdır. Uzaqlaşmağımın səbəbi bu deyil. Mən yarışmaya qatılmadan öncə də bu addımı atacağımı demişdim”.

Günay dünən canlı efirdə növbəti həftənin duelinə dəvət olunması haqda da danışıb:

“Mənim dünən “Sənə bağlanıram” adlı klipimin çəkilişləri idi. Günorta saatlarında verilişin prodüserləri zəng etdi və biz dedik ki, canlı yayıma gələ bilmirik və layihədən imtina edirik. Amma buna baxmayaraq məni yenidən duelə dəvət etdilər. Heç kim bu addımı mən tərəfdən hörmətsizlik kimi qəbul etməsin, amma mən daha o layihəyə gəlməyəcəyəm”.

İfaçı bu söz-söhbətdən sonra ATV telekanalının ona qadağa qoya biləcəyini də istisna etməyib:

“Bilirəm ki, bundan sonra telekanal məni “qara siyahıya” salacaq. Amma əminəm ki, rəhbərlik də, layihə iştirakçıları da nə vaxtsa məni başa düşəcəklər. Mənim heç kimdən incikliyim yoxdur və hər kəsə təşəkkürümü bildirirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm