Efirdə sinəsi görünən cazibədar model azərbaycanlı imiş– Fotolar
Bizi izləyin

Tabloid.az

Efirdə sinəsi görünən cazibədar model azərbaycanlı imiş– Fotolar

Atası azərbaycanlı olan Türkiyə gözəli

Çağla Şikelin gözəl qadın olması mübahisəli mövzudur. Bəziləri onu gözəl olduğunu iddialı şəkildə müdafiə edir, bəziləri isə onda gözəllikdən əsər-əlamət olmadığını söyləyir. Amma bir həqiqət var ki, Çağla Şikeli sevənlər də, sevməyənlər də onun incə bədəninə həsəd aparırlar. Zərif bədən quruluşu ilə bir çox qadınların qısqanclıq obyekti, kişilərin isə heyranlıqla baxdığı modeldir. Etiraf edək ki, bu cür bədən quruluşuna sahib olmaq heç də asan deyil.

Modellikdən əlavə aktrisa və aparıcı kimi də fəaliyyət göstərir. Karyerasına model kimi başlamasına baxmayaraq, peşəkar aparıcı hesab olunur. O, neçə illərdir ki, şou proqram aparıcısıdır. Bu yaxınlarda Alişanla birlikdə aparıcısı olduğu verilişin canlı yayımında başına heç kəsə arzulamadığımız hadisə gəlir. Tərəf müqabili Alişan ilə rəqs edən Şikelin əlbisəsinin ipi çiynindən aşağı düşərək kiçik qəza nəticəsində sinəsi görünüb. Bu hadisə Türkiyə mətbuatında böyük səs-küy yaradıb. Verilişin "youtube"-da yerləşdirilmiş videosu isə bir neçə gün ərzində 1 milyondan çox izlənilib.

Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində "Show TV" kanalında yayımlanan “Hər şey daxil” proqramının canlı efirində geyiminin qurbanı olan Çağla Şikelin həyatı və incə bədən quruluşa necə sahib olması haqqında danışacağam. Onun haqqında öyrəndiyim ən maraqlı məlumat isə müsahibələrinin birində “Atam Qarsdandır, kökümüz Azərbaycan türküdür. Anam isə Adanalıdır” deməsi oldu.

Çağla Şikel 1979-cu il yanvarın 2-sində İstanbulda anadan olub. Anası Adanalı, atası isə Qarslı Azərbaycan Türklərindəndir. 1997-cu illərdə isə Memar Sinan Universiteti Dövlət Konservatoriyasına qəbul olur, 1999-cu ildə isə məzun olur.

Çağla Şikel 1996-cı ildə "Odisseya” adlı bədii filmdə rol alır. 1997-ci ildə Miss Türkiyə yarışmasına qatılaraq birincilik qazanır. Daha sonra elə həmin il Şeysel Adalarında keçirilən "Miss World" gözəllik yarışmasında Avropa Gözəli ( Europe's Queen Of Beauty ) mükafatına sahib olur.

Gözəllik yarışmasında birinci yerə çıxsa da, Çağla olduqca təvazökar xanımdır. O, deyir: “Mən heç vaxt özümə gözəl deməmişəm. Məncə, bir insanın bunu özünə söyləməsi çox yanlışdır. Özünü bəyənən insanlara nifrət edirəm. Burnum bir az əyridir. Amma əməliyyat etdirmədim. Çünki məni heç narahat etmir. Uşaqlıqdan gözümün altında şişlik var. Heç o da vecimə deyil. Nəyəmsə buyam. Mənim üçün önəmli olan tamaşaçılara ekrandan nə verə bilirəm odur. Emre də mənə dedi ki, əgər başqalarına bənzəmək istəyirsənsə, burnunu kəsdir, göz altını əməliyyat etdir, dodaqlarını şişirt. O zaman heç bir fərqin olmayacaq. Dogru da söylədi. Mən Allahın yaratdıgı kimiyəm. Ümumiyyətlə, mən əvvəl necəydimsə, məşhur olduqdan sonra da xasiyyətim dəyişməyib”.

1997-2003-cü illərdə Fransa, ABŞ, Almaniya, Çin, Rusiya, Yunanıstan, İsveçrə və Misirdə dəfilələrdə çıxış edib. Peşəkar model olmaqla yanaşı aktrisa kimi də bacarıqlı və istedadlıdır. 2004-cü ildə “Cənnət Mahallesi”, 2008-ci ildə isə “Görgüsüzlər” seriallarında oynayıb. Bir neçə televiziya proqramlarının da aparıcısı olub.

Çağla Şikel bir neçə il pop müğənnisi Emre Altuğla eşq məcarası yaşayır. Onlar bir proqramda tanış olurlar. Verilişdən sonra da tez-tez qarşılaşırlar. Əvvəlcə Emrenin yaraşıqlı və özündən razı hesab etdiyi üçün xoşu gəlməsə də, xarizmatik müğənni Çağlanın saqqızını oğurlaya bilir. Bir dəfə də ad günündə rastlaşırlar. Çağlanın boyunbağısı yerə düşəndə onu Emre tapıb sahibəsinə verir. Filmlərdəki kimi... Ondan sonra görüşməyə başlayırlar.

Cütlüyün münasibətləri ciddiləşəndən sonra onlar 2008-ci ildə ailə həyatı qururlar. Böyük sevgiləri evliliklə nəticələnir. Bu xoşbəxt evlilikdən 2 övladları dünyaya gəlir. 18 avqust 2008-ci ildə ilk uşağına hamilə olduğunu açıqlayır. Lakin həmin həftə halı qəflətən dəyişir və uşağını itirdiyini öyrənir. Bu hadisə onların hər ikisini sarsıtsa da, Şikel yenidən hamilə olur. Gözəlliyini və formasını doğumdan sonra da itirməyən Çağla Şikel geyindiyi geyimlərlə gənc qızların sevimli məşhurları arasındadır.

Bir çox türk kişisi ona heyrandır, mükəmməl bədən quruluşunu qoruyub saxlaya bilməsi və gözəl ana olması ilə qızların da sevgisini qazanıb. Çağla Şikel eyni zamanda çox dəbli, zövqlü və baxımlı bir xamındır. İdeal bədən quruluşuna sahib olması uşaq yaşlarından balerina dərslərinə getməsi ilə əlaqəlidir.

Gözəllik sirləri...

Model bədəni ilə barışıqdır və özündə bəyənmədiyi nahiyə olmadığını deyir. Həftədə bir-iki dəfə gözəllik salonuna getməyindən əlavə, baxımına şəxsən özü nəzarət edir. Səhər-axşam makiyajını təmizləyir və buna böyük önəm verir. Dalğalı saçlarının və sağlam dərisinin sirri isə arqan yağında gizlənib. "Benefit likit” ənliyi əvəzolunmaz kosmetik vasitəsidir.

Çağla Şikel sellülitə qarşı özünün hazırladığı qarışıqdan istifadə edir. Həmin qarışıq sayəsində onun ayaqları qüsursuz görünüşə malikdir. Çağla Şikelin istifadə etdiyi qarışığın tərkibi kəklikotu, portağal yağı və rozmarindən ibarətdir. Əgər siz də sellülitsiz ayaqlara sahib olmaq istəyirsinizsə, o zaman bu qarışıqdan istifadə edə bilərsiniz.

Qarışığın tərkibi: 10 damcı rozmarin yağı, 5 damcı kəklikotu yağı, 5 damcı portağal yağı.

Bütün bunları qarışdırın. Qarışığı ayaqlarınıza masaj edərək çəkin. Sonra ayaqlarınızı sellofanla sarıyın. Bir müddət saxladıqdan sonra açıb ilıq su ilə yaxalayın.

Karamel və kül sarısı ona çox yaraşır. Modellik etdiyi illərdə saçı və makiyajı onu daha yaşlı göstərirdi. Saç rəngini və makiyajını dəyişdikdən sonra bu qız gözəlləşdi və öz stlinə sahib oldu. Dəri rəngi isə çox tünddür. Bu dəri rənginə sahib olduğuna görə şanslıdır. Çünki biz günəşin altında saatlarla qalmağımıza baxmayaraq, istədiyimiz tonu ala bilmirik. O, isə yay-qış eyni dəri rəngindədir.

Qüsursuz makiyajını çox zaman özü edir. Göz makiyajında yaşıl və boz tonlarına üstünlük verir. Qaşlarını da saçları ilə eyni rəngdə boyaması uyğunluq təşkil edir.

Aksessuarlardan mümkün olduğu qədər çox istifadə edən və bəzən həddini aşan Çağla Şikel ona bu tərzin çox yaraşdığını deyir. Klassik üslubu isə qətiyyən sevmir. Müsahibələrinin birində demişdir:“Türk qadının ən böyük səhvi, başqasının geyimini və stilini yamsılamasıdır. Birini bəyəndiyimiz zaman onun kimi olmağa, geyinməyə, hətta onun kimi danışmağa başlayırıq. Halbuki, geyim xarakter işidir. Əbəs yerə deyilməyib ki, insanı geyimə görə qarşılayıb, ağlına görə yola salırlar. Çünki geyim həmin insanın bütün xarakterini özündə əks etdirir. Jurnalda və ya küçədə qadının əynindəki bəyəndiyin hər hansı geyim sənə yaraşacaq və almalısan deyə bir şey yoxdur. Dəbdə axtarış olmamalıdır. Hər bir qadın öz tərzini öz qarderobuna əsasən yaratmalı və fantaziyasını işə salmalıdır. Bir geyim dəbdədirsə və ona yaraşmırsa, onu qətiyyən geyinməməlidir.

Öz stilimdə də fərqli detallardan istifadə edərək özümə xas olan obraz yaradıram. Mənim xarakterim geyimlərimdə əks olunub. Məsələn, mən heç vaxt klassik geyimləri sevməmişəm və geyinmirəm. Sadə bir geyimi aksessuarlarla kombinə edərək, rok şıqlığı (rock chic) deyilən üslubdan istifadə edirəm. Bir neçə aksessuar bəyəndimsə, onlardan hansını taxa bilərəm sualı üzərində baş sındırmıram. Sadəcə bir-birinə uyğun variantları seçib hamısını birdən taxıram. Özümü necə hiss edirəmsə, elə də geyinirəm.

Cazibədar olduğumu düşünmürəm, evlənməzdən əvvəl də bu fikirdə idim. Özümü heç zaman seksual qadın olaraq görməmişəm və əllərimlə sinəmi tutub poz verən biri olmamışam. Çünki hiss etmədiyim üslubda poz verməyi bacarmıram. Sadəcə, zövqlü və cəlbedici olmağı sevirəm. Gözəlliyi isə açıq geyimlə nümayiş etdirməkdə görmürəm. Cins şalvar, qaşlı çəkmə və dəri pencəklə də hər yerə gedə bilərəm”.

Türkiyənin ikonu sayılması heç də nahaq deyil. Gündəlik geyimlərindən tutmuş gecə geyimlərinə qədər orijinallığa üstünlük verən model toyunda da cəsarətli libası ilə seçilir. Onun gəlinliyi, saç düzümü və hər xırda detalına qədər bu gün də müzakirə edilir və bəyənilir. Bu qədər bəzəyi və aksessuarı bir arada ancaq Çağla Şikel belə gözəl daşıya bilərdi...

Modelin ayaqqabı seçimi də geyimləri qədər fərqli və uğurlu alınır. Özünəməxsusluğu ayaqqabılarında da hiss edilir.

Gecə həyatında nə qədər dəbdəbəli və cəlbedici geyinsə də, gündüz sadə geyimlərə üstünlük verir. Lakin aksessuarları və saç düzümü ilə fərqliliyini göstərməyə çalışır. Geyinməyi bilir və öz stilini yaradıb. Hətta gündəlik həyatda da istifadə etdiyi geyimlər onu daha da gözəlləşdirir. Qışda belə qısa ətəklərdən vaz keçə bilmir. Çəkmələri, qısa botları xoşlayır. Uqqilər yay-qış türk gözəlinin ayağından düşmür.

Qısa şalvarı heç vaxt geyinmərəm deyən ulduz söyləyir: "Onlar mənə çox məntiqsiz görünür. Ya şort, ya da uzun şalvar, ya qısa ətək, ya da uzun ətək geyinirəm. Çünki üslubuma orta uzunluqda geyimlər daxil etmirəm. Aksessuarları sevdiyim üçün metalları qarderobumun şahı elan etmişəm”.

Doğumdan əvvəl və sonra da formada qalmağı bacaran ulduz bunun sirrini belə açıqlayır:

“Çəkim 57-dir və bu heç sevmədiyim çəkidir. Sanki heç vaxt olmadığım qədər arığam. Övladıma ana südü verdiyim üçün çəkim getdikcə aşağı düşür. Çox yemək yesəm də, kökəlmirəm. Kök qadınların ən çox nifrət etdiyi qadın tipiyəm. Amma nə edim, əlimdən heç nə gəlmir... Axşamları evdə həyat yoldaşımla şam fıstığı yemək keyfimiz var və ən kalorili çərəzdir. Buna görə, nə mən, nə də Əmrə heç vaxt narahat olmamışıq. Çünki o da mənim belə qalmayacağımı yaxşı bilir.

Mən pəhriz saxlayan biri də deyiləm. Yeməyi çox sevirəm. Aclığa heç dözümüm yoxdur. Bu baxımdan atam tərəfə oxşamışam. Kababı çox sevirəm. Ac olanda özümü itirirəm. Yəni, yemək sevgim çox fərqlidir. Hətta veriliş zamanı Alişana deyirəm ki, bir az da gec olsa huşumu itirəcəyəm. Reklam arası nəsə yeyirəm. Amma kökəlmirəm, tipim budur. 36 bədən ölçüsündən irəli gedə bilmirəm”.

İkinci hamiləyində model 10 kq kökəlmişdi. Doğuşdan sonra isə bütün kilolarını necə verdiyini belə izah edir. Övladlarının ikisini də normal doğuşla dünyaya gətirib və qeysəriyyə əməliyyatına qarşı çıxır:

"Əgər doğuş normal yolla mümkündürsə, qadınların eqoistliyini və qorxusunu başa düşmürəm. Südümün bol olması üçün əlimə keçən hər şeyi yeyirəm. Üzüm, ərik, qoz-fındıq əlimdən düşmür. Arıq olmağımın səbəbi genlərlə də bağlıdır. Bu xoşbəxtlik, mənə ailəmdən miras qalıb. Mən şokolad qabını qabığıma qoyub bir günə bitirə bilərəm. Metabolizmam yaxşı işləyir. Mənə formda qalmağı bacardığıma və bunu necə etdiyimlə bağlı kitab yazmağımı xahiş edirlər. Genetik olan bir şeyin kitabı necə yazılır ki?! Halbuki, bunun üçün heç nə, hətta mütəmadi olaraq idman da etmirəm”.

Lakin son zamanlar Çağla Şikel sürətli qaçış və rəqslə bədəninin formada qalmasını təmin edir. “Ən vacib olan tərləməkdir”,- deyən Çağla Şikel gözəl ayaqlarının formasını bu üsullarla qoruyur.

Çağla Şikel ancaq sinəsinə silikon qoydurub. Əvvəllər bu məlumatı hamıdan gizlədib. Gizlətməyinin səbəb isə dünyasını dəyişmiş atasının bu cür hallara qarşı narazı olmağı ilə bağlıdır. Son zamanlar Emre Altuğla Çağla Şikelin münasibətlərində gərginlik yaşandığı və boşanacaqları xəbəri mətbuatda geniş yayılsa da, cütlük bunu qəti şəkildə yalanlayır. Təki yalan olsun, nə deyirik...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm