Azərbaycanlı aparıcı: “Ailə qurmağa ona görə tələsmirəm ki...”
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı aparıcı: “Ailə qurmağa ona görə tələsmirəm ki...”

Samirə Adilqızı ANS televiziyasının “Salam Azərbaycan”, “Adam içində” verilişlərindən yadda qalıb. Cazibədar Samirə xanım bir ilə yaxındır ki, efirdə görünmür.

Samirə Adilqızı ANS televiziyasının “Salam Azərbaycan”, “Adam içində” verilişlərindən yadda qalıb. Cazibədar Samirə xanım bir ilə yaxındır ki, efirdə görünmür. Və onun gözəl siması efirdə axtarılır. Gözəl aparıcı həyatı, işi və gələcək planları haqqında fikirlərini tabloid.az-la bölüşdü.

- ANS televiziyasının ən pozitiv aparıcılarından biri idin. Niyə efirdə görünmürsən?

- Artıq 1 ildir ki, televiziya sahəsində işləmirəm. Ayrı, sevdiyim işlə məşğul oluram.

- Uzun müddət televiziyada aparıcı oldun. Başqa kanallardan təklif gəlmədi?

- Təkliflər çox gəldi. Sadəcə mən ANS-dən çıxanda televiziyaya nifrət edib uzaqlaşdım. Çox böyük layihələrə aparıcı olaraq belə təklif aldım. Amma qərar verdim ki, bir daha televiziyada görünməyim. Bu gündən sonra da efirə çıxmaq fikrim yoxdur.

- Nifrət etməyinin səbəbi nə idi?

- Mən ANS-ə işə düzələndə 18 yaşım var idi. Uşaq idim və ilk iş yerim idi. Mənim üçün o dönəm qeyri-adi idi. Radio və televiziyada təcrübə keçmək çox maraqlı gəlirdi. O yaşımda hələ çox şeyi qanmırdım. Artıq yaşa dolduqca dərk etdim ki, televiziyada çalışırsansa, heç bir şəxsi həyatdan söhbət gedə bilməz. Tanıyan-tanımayan arxamca xoşagəlməz sözlər deyirdilər. Bu səbəbdən düşündüm ki, televiziyadan uzaqlaşım.

- Bir illik fasilədə efirə dönmək haqqında düşünməmisən?

- Dörd il aparıcı olmuşam. Artıq istəməsəm də, bu mənim ruhumda, qanımdadır. Arada istəyirəm. Bu yaxında yeni təklif almışam. Lakin mən efirə çıxsam öz verilişim mənim ideyam əsasında olmalıdır. Mən başqası tərəfindən hazırlanmış bir layihədə sadəcə efirə çıxıb aparıcılıq etmək istəmirəm.

- Hazırda nə işlə məşğul olursan ?

- ANS bir həyat məktəbidir. Orada çox şey öyrənmişəm. Pis və ya yaxşı fərq etməz. ANS əsl tramplindir. ANS-dən çıxdıqdan sonra yaxşı yerlərdə çalışmaq təklifləri də gəldi. Amma artıq heç kəsin əlinin altında işləmək istəmədim və müdir olmaq istədim. İlk dəstək isə atamdan gəldi. Şəxsi biznesimi açmaqda mənə köməklik göstərdi. Alman su filtrləri şirkətinin Azərbaycanda rəsmi distribyutoruyam. Bu bizneslə məşğul olmağımın səbəb isə az iş görmək, çox gəlir qazanmaq istəyimdir. Əksəriyyət restoran, gözəllik salonu açmağı məsləhət gördü. Amma atam daha uzaq görəndir. Yeni iş açmaq çox çətin və uzun zaman tələb edir. Lakin artıq bu məhsulların satışını bir başa mən həyata keçirirəm.

- Artıq müdirsən... Neçə yaşın var ?

- 23 yaşım var (gülür)... Bu uğurumu atamın adı ilə bağlamaq istərdim. Şəxsi uğurum isə əvvəl ANS-də olub. İndi isə zumba rəqsi ilə bağlıdır. Düzdür, atam bunun əleyhinə olsa da, mən canımdan bunu çıxarda bilmərəm. Ayaq açmağa başlayandan rəqsə getmişəm. Birinci sinifdən isə Milli Konservatoriyada Latın Amerika rəqsləri ilə məşğul olmuşam. Rəqs üzrə uğurlarım da olub. İki dəfə Qafqaz ölkələri arasında I, bir dəfə isə II yeri tutmuşam. Sonradan atam mənim oğlanla rəqsimin əleyhinə çıxdı. Universitetə hazırlaşdığım ərəfədə rəqsdən uzaqlaşsam da, o, yenə də həyatımdadır. Məhz atamın bu sözündən sonra tərəf müqabilim olmayan rəqslərlə maraqlanmağa başladım. Zumba daha çox diqqətimi çəkdi. Bu rəqsi köklüyə meylli olan xanımlara da məsləhət görürəm. Çünki zumba arıqlamağa yönəlmiş fitnes rəqs növüdür. Trenajorda arıqlamaq əziyyətdirsə, zumba ilə arıqlamaq həzzdir. Hətta zumba ilə məşğul olmayanda yenidən kökəlmirsən (gülür).

- Artiq tamaşaçısan. Yerli televiziyalarda nəyi bəyənmirsən?

- Təzə aparıcıları bəyənmirəm. Özlərini ağıllı göstərmək istəyirlər. Bir də milli mentalitetimiz aparıcıların sərbəstliyini əlindən alır, sərbəst ola bilmirlər.

- Biz səni gələcəyin rəqqasəsi kimi görə biləcəyik?

- Rəqqasə deməzdim, zumbo rəqslərinin peşəkar təlimçisi deyərdim. Sadəcə bəziləri rəqqasə sözünü çox ucuzlaşdırıb. Əslində isə insan uğura alın təri ilə nail olursa, qınaq obyekti olmamalıdır!

- Samirə çox gözəl və pozitivsən. Elçilərin çox olar?

- Evlilik təkliflərim və arxamca düşənlər ANS telekanalında işləyəndə lap çox idi. Nənəm də hər dəfə deyir ki, mən 23 yaşımda artıq uşaqlarıma baxırdım. Amma indi o zəmanə deyil. Mən qohumlar toyda oynasın deyə ailə qura bilmərəm. Bizim qızların çoxunun ailə haqqında təsəvvürü ağ gəlinlik və xonçalardan ibarətdir. Məsuliyyəti dərk etmirlər. Məhz bu səbəbdən boşanmaların sayı çoxalıb. Ərə getmək fəxr deyil. Qurduğun ailəni sona qədər qoruyub saxlamaq fəxrdir. Bəlkə də çox dərin düşündüyüm üçün hələ ki, ailə həyatı qurmağa tələsmirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm