Böyük bədən modellərin möhtəşəm fotosessiyası
Bizi izləyin

Tabloid.az

Böyük bədən modellərin möhtəşəm fotosessiyası

“Calvin Klein” markasının ən yeni reklam çarxında rol alan amerikalı model Myla Dalbesionun böyük bədən model adlandırılması qalmaqala səbəb olub

“Calvin Klein” markasının ən yeni reklam çarxında rol alan amerikalı model Myla Dalbesionun böyük bədən model adlandırılması qalmaqala səbəb olub. Məşhur “Elle” jurnalında bədəninin ölçüsü 38 olan gənc modeli “böyük bədən model” kimi təqdim edib.

Cazibədar model digər modellərdən daha kök olduğunu etiraf etsə də, sosial şəbəkə istifadəçiləri 38 bədən ölçüsünün normal olduğunu, məşhur brendlərin arıqlığı təbliğ edərək qadınlara haqsızlıq etdiklərini deyirlər.

27 yaşlı model hazırkı kilosundan məmnun olduğunu deyib:

“Mən o birilərindən daha kökəm. Ancaq boyum 1.80-dir. 9 ildir ki, modelliklə məşğulam. Əslində nə kökəm, nə də arıq. Bədən qıvrımlarımın ortaya çıxması xoşuma gəlir. Belə olmağı sevirəm”.

Bu mövzu sosial şəbəkələrdə müzakirə olunarkən, məşhur “Vogue” jurnalı yeni fotosessiyasını yayımlayıb. Fotosessiyada bir-birindən gözəl böyük bədən modelləri - Ashley Graham, Danielle Redman, Inga Eiriksdottir, Julie Henderson və Marquita Pringi çəkiliblər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm