Günay otelin prezident nömrəsində - eksklüziv, Fotolar
Bizi izləyin

Tabloid.az

Günay otelin prezident nömrəsində - eksklüziv, Fotolar

Əldə etdiyimiz eksklüziv xəbərə görə, klip Bakıdakı məşhur mehmanxanalardan birinin prezidentlər üçün nömrəsində lentə alınıb.

Müğənni Günay İbrahimlinin sözləri Fərdi Quliyevə, musiqisi Tərlan Məmmədhüseyinova məxsus “Sənə bağlanıram” adlı mahnıya klip çəkilişinə başlaması haqqında xəbər vermişdik. İndi isə tabloid.az klipin təfərrüatlarını əldə edib. Əldə etdiyimiz eksklüziv xəbərə görə, klip Bakıdakı məşhur mehmanxanalardan birinin prezidentlər üçün nömrəsində lentə alınıb.

Müğənni həmçinin yaxın 10 gün ərzində klipə təqdim edəcəyini söyləyib. Tərəf müqabilinin olub-olmamasına isə müğənni belə cavab verib:

“Həm var, həm də yoxdur. Çünki klip boyu oğlanın üzü görünməyəcək. Arxa fondan çəkiləcək, müxtəlif rakurslar çəkilib, üzü görünməyəcək. Bəzi kliplərdə olduğu kimi ay danışsınlar, görüşsünlər kimi səhnələr olmayacaq”.

Klipin büdcəsi ilə maraqlansaq da, müğənni bu haqda ümumiyyətlə, danışmaq istəmədiyini bildirdi:

“Azərbaycanda kliplər orta hesablar neçəyə başa gəlirsə bu da həmin qiymətədir. Klipə 10 minlərlə manat pul xərclədiyimi deyə bilmərəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm