Müxtəlif bədən quruluşuna görə palto seçimi - Fotolar
Bizi izləyin

Tabloid.az

Müxtəlif bədən quruluşuna görə palto seçimi - Fotolar

Müxtəlif bədən quruluşuna görə palto seçimi

Qış mövsümü gələndə geyim məsələləri bir az daha çox ön plana çıxır. Geyimləri kombinə etmək çətinlik yaradır. Qışın soyuq havasından qorunmaq nə qədər əhəmiyyətlidirsə, özümüzə daha doğrusu, bədən quruluşuna uyğun palto və ya plaş seçmək də o qədər mühüm məsələdir. Tabloid.az müxtəlif bədən quruluşlarına yaraşan və ən uyğun olan paltoları seçib. Məhz bədən tipinə görə palto və onun seçimi üçün ipucları:

Qum saatı bədən tipi

Qum saatı formasında bədən tipinə maliksinizsə, beldə yaxşı oturan modellərə yönələ bilərsiniz. Bu modellər qadın bədəninin incəliyini layiqli şəkildə vurğulayır. Bədəninizin ən incə yeri olan belinizi ortaya çıxarmaqda heç bir maneə yoxdur. Əksinə qalın geyindiyiniz zaman belə bu tip paltolarla feminen şıqlıq əldə edə bilərsiniz. Bədənə kip oturan paltoya üstünlük verməmisinizsə, sərt modellərin yerinə, zərif paltonun belinə incə kəmər taxaraq inanılmaz gözəllik əldə edə bilərsiniz.

Böyük sinələriniz varsa, palto seçimində düyməli modellər yerinə öndən zəncirbəndlə bağlanan modellər seçmək daha doğru olar. Çünki düyməli paltolarda sinəniz olduğundan daha da böyük görünə bilər. Döş hissəsində kürk, işləmə və parlaq düymə kimi gözqamaşdırıcı detalları olan paltolar da sizə uyğundur. Paltoların döş hissəsindəki bəzəklər diqqəti sinə bölgənizdən uzaqlaşdırar.

Balaca boylular

Balaca boylular ayaq boynu daha uzun göstərmək üçün qısa paltolara üstünlük verməlidirlər. Maksimum dizin üzərində bitən paltolar geyinə bilərlər. Geniş və "oversized" modellər başınızı daha qısa göstərəcəyindən üzərinizə oturan, incə quruluşlu modellər daha uyğun hesab olunur.

Böyük bədən geyinənlər

Çiyinlərin oturduğu ancaq A kəsim paltoları həm qəşəng, həm də rahat variant hesab etmək olar. A kəsim bürüncəklər, artıq çəkinin gizlətməyə kömək edir və hər tərzə yaraşır. Böyük bədən geyənlərin yumşaq və balon kurtkalardan uzaq durması yaxşıdır. Bunun əvəzinə yüngül panço modelləri könül rahatlığı ilə geyinə bilərlər.

Kobud bədən quruluşu

Kobud bədən quruluşuna sahib olanlar qum saatı illüziyası yaradacaq modellər seçə bilərlər. Kəməri olan paltolar və plaşlar kişi kimi kobud bədən tipləri üçün idealdır. Eyni zamanda peplum tərzdə modellər də sizin üçün idealdır.

Armudvari bədən quruluşu

Şal yaxalıqlı palto və plaşlar daha mütənasib görünməyinizi təmin edəcəkdir. Anvelop palto modellərini də sınamaq şansınız var. Üst hissə açıq rəng, aşağı hissəsi tünd rəng olan iki rəngli kontrast bürüncəklərə də üstünlük verə bilərsiniz. Toqqalı neytral rəng tonlu modelləri də sınamaqda fayda var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm