Xatirə İslam Rüfət Axundovla eşq yaşayır? - Fotolar
Bizi izləyin

Tabloid.az

Xatirə İslam Rüfət Axundovla eşq yaşayır? - Fotolar

Hər zaman çılğın və emosional açıqlamaları, sərt xarakteri ilə diqqət çəkən Xatirə İslam yenidən gündəmdədir.

Tabloid.az xəbər verir ki, hazırda həmkarı Rüfət Axundovla səyahətə çıxan müğənninin adı ətrafında xoşagəlməz söz-söhbətlər dolaşır.

Belə ki, sosial şəbəkədəki izləyiciləri “İnstagram” bloqunda paylaşdığı fotolarına yazdıqları şərhlərdə Xatirənin Rüfətlə sevgili olduqlarına işarə vurublar.

Bu isə Xatirəni özündən çıxarıb. Bərk qəzəblənən Xatirə İslam izləyicilərinə ağır sözlər deməkdən çəkinməyib:

“Şəklimin altında “qatıqlayan” səviyyəsizlər, ailəm məni Rüfətə qısqanmaz. Ağıllı olun! Rüfəti tanıyanda mənim 7 yaşım var idi. Görün, nə qədər bədbəxtsiniz ki, dostluğun dəyərini anlamırsınız. Dost olmağı bacarmırsınız. Məni bəyənməyən insan profilimdən rədd olsun”.

Onu da bildirək ki, Xatirə İslamla Rüfət Axundov Məhərrəmlik ayından və toyların olmamasından istifadə edərək birlikdə səyahətə çıxıblar. Səyahətdən paylaşılan fotolarda onların həyat yoldaşları yoxdur. Halbuki Xatirə həyat yoldaşı ilə getdiyi məkanlardan onunla da fotolarını paylaşır.

Xatirənin və Rüfətin prodüserləri tabloid.az-a bildiriblər ki, müğənnilər Bakıya noyabrın 20-də qayıdacaqlar.

Xatırladaq ki, 2012-ci ilin iyununda hərbiçi Fəxrəddin bəylə ailə quran Xatirə İslamın Emil adlı oğlu var.

Rüfət Axundov da 2007-ci ildə ailə qurub.

Onların səfər fotolarını təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm