Azərbaycanlı model şeytan obrazında - Fotolar
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı model şeytan obrazında - Fotolar

Azərbaycanlı model Umleyla Zəkərəyeva fərqli fotosessiyasını təqdim edib. O, “Mefistofel”, yəni, mifik obraz olan şeytanı canlandırıb.

Azərbaycanlı model Umleyla Zəkərəyeva fərqli fotosessiyasını təqdim edib. O, “Mefistofel”, yəni, mifik obraz olan şeytanı canlandırıb. Həmin şəkillər diqqətimizi çəkdiyində model ilə əlaqə saxlayıb ideya müəllifinin kimliyi və niyə məhz şər qüvvəni canlandırması ilə maraqlandıq.

Umleyla ideya müəllifinin Anar Qurbanov və Anfisa Bessonovaya məxsus olduğunu bildirərək əlavə etdi ki, artıq 1 ildir ki, kreativ düşünmə qabiliyyəti olan insanları tanıyır:

“Hər dəfə onlardan iş təklifi gələndə böyük həvəslə qəbul edirəm. Şər qüvvəni canlandırmağıma gəldikdə isə mən bunu ayrı cür qiymətləndirirəm. Bu ,sadəcə bir obrazıdır. Mən şeytanı canlandırdığımı düşünmürəm. Sadəcə bu fikri, ideyanı məharətlə canlandırdığımı düşünürəm”.

Umleyla Zəkərəyeva ilə söhbət zamanı onu da bildirdi ki, o, artıq 4 ildir model biznesində fəaliyyət göstərir. İlk olaraq fotoqraf Rüstəm Orucov ilə iş birliyinə başlayan model hazırda Lubov Qutorovanın model agentliyində çalışır.

Tabloid.az “Mefistofel” fotosessiyasını təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm