13 yaraşıqlı kişinin ürəyini fəth edən gözəlçənin sirləri - Fotolar
Bizi izləyin

Tabloid.az

13 yaraşıqlı kişinin ürəyini fəth edən gözəlçənin sirləri - Fotolar

O, zərif stili ilə kişiləri yoldan çıxarır

Bu dəfə tabloid.az-ın “Onların stili”ndə 25 yaşlı müğənni və aktrisa Teylor Sviftin stilindən bəhs edəcəyəm. Teylor Svifti sevənlər qədər, sevməyənlər də var. Etiraf edim ki, mən də ondan qıcıqlananlardan biriyəm. Rihanna fanatı olması belə ürəyimi yumşaltmır, niyəsə bu müğənnini sevə bilmirəm. Sanki özünü hersoginya hesab edir və Keyt Midleton kimi zərif görünməyə, şahzadə obrazına bürünməyə çalışır, amma bu, onda heç də yaxşı alınmır. Qəribə mənfi enerjisi var. Kiçik gözləri ilə ətrafa hiyləgərcəsinə baxmasını heç demirəm.

Bəziləri onu yaşından böyük göstərən geyim seçimlərinə görə tənqid edirlər.

Teylorun insanlarda qıcıq yaratmasının bir digər səbəbi isə tez-tez sevgili dəyişməsidir. Gözəl ulduz təkcə 2008-2012-ci illər arasında, yəni 4 ildə 13 məşhur kişi ilə eşq yaşayıb. Co Conas, Teylor Lotner, Lukas Hill, Con Meyer, Kori Monteyt, Tobi Heminquey, Ceyk Cilenhol, Zak Efron, Qaret Hedlund, Eddi Redmeyn, Konor Kennedi, Qarri Staylz kimi yaraşıqlı kişilər Teylorun eşq dəftərində yer alıblar. Onu da qeyd edim ki, Teylorun ən uğurlu rəqəmi də elə 13-dür. Son illər isə o, şəxsi həyatı ilə gündəmə gəlməməyə çalışır.

“Maxim” jurnalı Teyloru dünyanın ən seksual ulduzları siyahısında ilk 20-liyə daxil edib.

Buna baxmayaraq, Teyloru bəyənməyənlərin sayı kifayət qədərdir. Ancaq onun gözəlliyini şişirdib möhtəşəm olduğunu iddia edənlər də var. Üstəlik, etiraf etməliyəm ki, çox zövqlü geyim seçimləri edir. Buna görə də çoxdan stil ikonası elan olunub. Odur ki, layihəmizdə Teylora yer verməyi özümü borc bildim.

Əvvəlcədən onu qeyd edim ki, Teylor yaşına görə böyük görünür, davranış və hərəkətləri onu 35 yaşlı qadına oxşadır. Bir çox insan məhz buna görə dünya şöhrətli ulduzdan xoşlanmır.

На августовской церемонии MTV Video Music Awards

Ancaq bu da bir həqiqətdir ki, Teylor dəbi yaxından təqib edir. Yəni, onun tərzini təqib edərək ilin ən şıq kombinlərinin nələr olduğunu öyərənə bilərsiniz.

Dəvətlərdə, konsertlərdə, qalalarda onu çox şıq libaslarda görürük.

Ancaq bu geyimlərin onun yaşına uyğun olmadığını da qeyd etməliyəm. Çünki çox vaxt daş-qaşlı, zərli, gipürlü, naxışlı ziyafət libaslarına üstünlük verir.

Тейлор Свифт на 2013 Academy of Country Music Awards

Тейлор Свифт на церемонии 2013 Billboard Music Awards

Тэйлор Свифт

Ayaqları uzun olduğu üçün qısa libaslar ona daha çox yaraşır.

Taylor Swift-7

Тейлор Свифт на вручении премии American Music Awards

Тейлор Свифт на премьере картины

Amma öncədən də qeyd etdiyim kimi özünü şahzadələrə oxşatmaq istədiyi üçün daha çox uzun, maksi donlar geyinir. Dəvətlər üçün daha çox qırmızı, göy, qara, ağ, qızılı rənglərdə libaslar seçir. Sinə və ayaq dekoltesinə önəm verir. Demək olar ki, klassik seçimlər edir, onu fərqli, qeyri-adi paltarlarda görmək mümkün deyil.

Тэйлор Свифт

Тейлор Свифт на вручении премий

Тейлор Свифт на благотворительном вечере Winter Whites Gala

Тейлор Свифт на 47-ой церемонии Country Music Awards

16

swifttcelebutopia14

Onu tez-tez gipür detalları olan uzun ziyafət libaslarında görürük. Teylorun ayaqlaırnın gözəlliyi çoxdan dillərə dastan olub. Amma o, maksi geyimlərə üstünlük verərək sadəcə ayaqlarına deyil, bütün bədəninin gözəlliyinə güvəndiyini göstərir.

Özünə ən çox qırmızı rəngi yaraşdırır. Midi ölçüdə, beli büzməli don modellərini çox bəyənir. Bəzən də bu tip donların belində kəmər olan modellərinə üstünlük verir.

Тэйлор Свифт

Тэйлор Свифт

Тэйлор Свифт

Günün Stili: Taylor Swift

Adətən bər-bəzəkli, bədənə yapışan libaslar geyindiyi üçün aksessuara ehtiyac qalmır, sadə geyindikdə isə kiçik sırğalar və zərif boyunbağılar taxır.

Sarışın xanımlar rahatlıqla Teylor Sviftin makiyaj stilini təkrarlaya bilərlər. Çünki üz cizgilərinə yaraşan makiyaj etməyi bacarır. Daha çox qırmızı dodaq boyasına üstünlük verir. Adətən bu rəngdə dodaq boyası çəkdikdə gözləri sadə saxlamağı məsləhət görürlər. Ancaq Teylorun gözləri çox kiçik olduğu üçün bu məsləhətə məhəl qoymur. O, gözlərini qara haşiyəyə alaraq və ya göy rəngli göz kölgəsi çəkərək mavi gözlərini vurğulayır.

Bej rənglərdə dodaq boyası çəkdikdə isə gözlərinə xəfif makiyaj edərək, süni kirpiklər və bol-bol tuşla makiyajını tamamlayır.

Teylor Sviftin saç stili də qadınlar tərəfindən bəyənilir. Bir ara Teylorun pərəstişkarları belə onu hər dəfə kəkilləri ilə görməkdən bezmişdilər. Yaxşı ki, gənc ulduz tənqidləri nəzərə alaraq saç stilində dəyişikliklər etməyə başladı. Artıq Teyloru olduqca dəbli saç modelləri ilə görürük. Hələ də kəkilli saç modelindən istifadə edir. Ancaq seçdiyi libasa uyğun olaraq saçlarını buruq-buruq və ya dalğalı etməkdən də qalmır. Saçlarını bəzən düz saxlayır, bəzən hörür, bəzən də toppuz yığır.

Ancaq onun ən çox bəyənilən saç modeli dalğalı, dağınıq toppuzdur.

Gənc ulduz saç rəngini tez-tez dəyişdirsə də, onun imicindəki dəyişiklik elə də fərq edilmir. Çünki saçlarını davamlı olaraq sarının müxtəlif rənglərinə və nadir hallarda da qəhvəyinin açıq tonlarına boyadır.

Yeri gəlmişkən onu da deyim ki, Teylor ən çox saç aksessuarlarından istifadə etməyi xoşlayır. Müxtəlif saç lentləri, abadoklar onun stilini tamamlayan əsas aksessuarlardır.

Digər ulduzlar kimi Teylor Sviftin də küçə stili daha çox təqib edilir.

25 yaşlı gözəl ulduzun Nyu-Yorkdakı evinin önündə daim paparassilər ordusu gözləyir. Onun hər addımını, geyiminin hər detalını ictimailləşdirən jurnalistlər sayəsində Teylorun tərzini təqib etmək olduqca asanlaşır.

Müğənninin küçə stili rahatlıq və şıqlığı qovuşdurur. O, demək olar ki, makiyajsız evdən çıxmır. Xəfif də olsa makiyaj edir, saçlarını səliqəyə salır. Digər dünya ulduzlarından fərqli olaraq idman stilinə deyil, retro stilə üstünlük verir. Daha çox ötən əsrin 50-ci illərini xatırladan obrazlar yaradır.

Hündürdaban ayaqqabı geyinməkdən çəkinmir. Qısa ətəklərini, donlarını qəhvəyi, yaşıl, zoğalı və bej tonlarında olan tuflilərlə kombinləyir. Köynəklər, şalvarlar, midi ətəklər, qısa şortlar, uzun qulplu çantalar, qutu formalı çantalar, oksford ayaqqabılar onun küçə stilinin əsasını təşkil edir.

Naxışlı və xallı sviterlər, solğun rəngli bluzlar üstündən əksik olmur.

1286474d

Тэйлор Свифт

Gündəlik həyatda xardal sarısı, yaşıl, mavi, zoğalı, boz, qara rənglərə üstünlük verir. Xüsusilə qəhvəyi şalvarlar, zoğalı rəngli köynək və sviterlər qarderobunda çox yer tutur. Küçəyə eynəksiz çıxmır. Saçlarını toppuz və at quyruğu yığır, ya da açıq saxlayır.

Qış aylarında isə uzun çəkmələr, qalın paltolar, dəri pencəklər geyinir, şal, şərf və papaqlarla stilini tamamlayır.

Teylorun küçə stili həm daha dəblidir, həm də yaşına daha uyğundur. Ümid edək ki, gələcək illərdə dəvətlərə və özəl gecələrə də yaşına uyğun libaslar seçməyi öyrənər.

Taylor Swift-31

Тэйлор Свифт

Uzun ayaqları istədiyi paltarı geyinməyə imkan verir. Odur ki, Teylor gündəlik həyatda qısa şort və ətəkləri çox geyinir.

Rihannanı çox sevdiyini, ona heyran olduğunu deyən Teylorun stili isə qətiyyən ona oxşamır. Dəvətlərə geyindiklərini 45 yaşlı ulduz Cennifer Lopezin tərzinə daha çox oxşadıram. Küçə stili daha çox Keyt Mossu xatırladır, makiyajını isə Skarlet Yohansondan bəhrələnərək təkmilləşdirdiyini demək olar.

Teylor gənclər arasında olduqca populyardır. Odur ki, aktrisalıq və müğənnilikdən əldə etdiyi gəlirlə kifayətlənmək niyətində deyil. Gənc ulduz populyarlığını pula çevirməyin yollarını da tapıb. Teylor satışa öz adını daşıyan bir neçə ətir çıxarıb. Hər birinin reklamına özü çəkilib.

Bundan başqa, modelyerliklə də məşğul olur. O, məşhur “Keds” brendi üçün xüsusi ayaqqabı kolleksiyası hazırlayıb. Gündəlik həyatda onu idman ayaqqabıalrında və ketalarda nadir hallarda görsək də, hazırladığı kolleksiya rəngarəng ketalardan ibarətdir.

Hit mahnıları ilə gənclərin ən çox sevdiyi müğənnilərdən biri olmağı bacaran Teylor bir çox məşhur jurnalın üz qabığını da bəzəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm