Nadirlə Natəvan birləşdi: “Çaşmayın, ağıllı olun” - Fotolar
Bizi izləyin

Tabloid.az

Nadirlə Natəvan birləşdi: “Çaşmayın, ağıllı olun” - Fotolar

Məhərrəmlik ayında toyların olmamasından səmərəli istifadə edən müğənni Nadir Qafarzadə Rusiyada dincəlir.

Məhərrəmlik ayında toyların olmamasından istifadə edən müğənni Nadir Qafarzadə Rusiyada dincəlir.

Tabloid.az-a açıqlama verən ifaçı bildirib ki, onun paytaxtda olmamasından istifadə edən, qalmaqal etmək istəyən "şou nümayəndələri" var: “Bir çox müğənnilər kimi mənim də gəlir yerim toylardır. Amma bildiyiniz kimi məhərrəmlik olduğuna görə toylar yoxdur. Bu fürstətdən istifadə edib, dincəlirəm. Amma dincəlməyə də imkan vermirlər. Adımı çəkib, reklam olunmaq istəyirlər. Mən heç kimi reklam etmək fikrində deyiləm. Amma bu o demək deyil ki, susuram. Heç kimdən çəkinmirəm. Sadəcə ad çəkmirəm. Xəbərdarlıq edirəm ki, ağıllı olsunlar, çaşmasınlar. Kimisə reklam etmək mənim işim deyil. Hazırda Rusiyada dincəlirəm. Həmkarım Natəvan Həbibi də burdadır. Ona görə də bütün söz-söhbətlərdən kənar gəzmək istəyirəm. Hələ bir neçə gün burada qalmağı düşünürəm. İnşallah Bakıya qayıtdıqdan sonra yaradıcılığımda olan yeni işləri təqdim edəcəyəm. Xeyli mahnılar yazdırmışam. Düşünürəm ki, yeni mahnılarım əvvəl ifa etdiyim mahnılar qədər seviləcək”.

Qeyd edək ki, hazırda Rusiyada dincələn N.Qafarzadə həmkarı N.Həbibi ilə orada təsadüfən rastlaşıb. Bir neçə gündür ki, eyni şəhərdə olan məşhurlar fotolarını çəkərək “İnstagram” səhifələrinə qoyublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm