Hormon tarazlığını pozan 7 davranış
Bizi izləyin

Tabloid.az

Hormon tarazlığını pozan 7 davranış

Hormon tarazlığını pozan 7 davranış

Özünüzü pis hiss etdikdə və ya hərəkətlərinizdən baş açmadıqda ağlınıza heç hormonlarla bağlı problem ola biləcəyi ehtimalı gəlirmi?

Bu kimyəvi müjdəçilər damarlarınızda gəzib bütün sisteminizə hökm edirlər. İştahanız, çəkiniz, cinsi arzularınız, menstruasiya dövrü və orqanizmdə gedən bir çox prosessər hormonların əlində cəmləşib.

Lakin hormonal qəribəliklər sizin nəzarətinizdə olmayan adi hadisələr deyil. Bəzi davranışlar hormon səviyyənizin azalmasına, ya da yüksəlməsinə səbəb ola bilər. Tabloid.az xəbər verir ki, zehni və fiziki sağlamlığımızın asılı olduğu bu çılğın hormonlara təsir edən vərdişlərə nəzər salmaqda fayda var.

Hormonlara təsir edən 7 yanlış davranış!

Şokolad, şirniyyat asılılığı

Həddindən artıq şəkərli qidalar yemək birbaşa çəki artımı ilə əlaqələndirilir. Orqanizminizdə meydana gələn çəki artımı strukturunuzda insulin müqaviməti yarada bilər. İnsulin müqaviməti, qan dövranınıza şəkərin keçməsini və hüceyrələrin ehtiyacı olan enerjini qəbul etməsinə təsir edir. Ortaya çıxan insulin müqaviməti iki şəkildə nəticələnir; diabetə qədər irəliləyən metabolizm sindromu və 2-ci mərhələ diabet!

Gec saatlara qədər oyaq qalmaq

Normalda gecə saatlarında stress hormonu olan kortizol səviyyəsi aşağı düşür. Kortizol səviyyəsinin azalması rahatlamağa və yatmağa kömək edir. Lakin gecə saatlarını gərgin və həyəcanlı keçirmək kortizol səviyyənizi yüksəltməyə davam edir. Bu isə rahat yatmağa mane olur. Gündüzlər mümkün olmasa da, gecələr stressdən uzaq olmağa maksimum dərəcədə çalışmalısınız. Axşam sizə rahat yatmağa kömək edən bəzi davranışları sınaqdan keçirə bilərsiniz. Gecə rahat yatmasanız, orqanizmdə kortizol səviyyəsi aşağı düşmür və bu da özünüzü yorğun və pis hiss etməyinizə səbəb olur.

Mütəmadi olaraq yuxusuz keçirilən gecələr

Mütəmadi olaraq yuxusuzluqdan əziyyət çəkdiyiniz vaxtlar sizi dəhşətli və qapalı dairənin içinə salır. Yuxusuzluq kortizol səviyyəsini yüksəldərkən, yüksək kortizol səviyyəsi də qan şəkərini əvvəlcə yüksəldir sonra isə qəfildən düşməsinə səbəb olur. Bu da gecənin bir yarısı əlinizə nə keçdi yeməyinizə və mətbəxi alt-üst etməyinizə səbəb olur. Bu qapalı dairədən çıxmaq üçün gecələr yaxşı və keyfiyyətli yatmağa çalışın.

İdmanı ləngitmək

Müntəzəm olaraq məşqlər etmədikdə orqanizm endorfin fermentini ən yüksək səviyyədə ifraz edə bilmir. Xoşbəxtlik hormonu endorfin beyninizə təsir edərək özünüzü xoşbəxt hiss etməyinizi və həyata müsbət yanaşmanızı təmin edir. Eyni zamanda immunitet sisteminizin də düzgün işləməsinə yardımçı olur və libidonu artıran seks hormonlarının səviyyəsini yüksəldir. Nə qədər çox hərəkət etsəniz, orqanizm o qədər çox endorfin ifraz edər. Vaxtınız olan kimi idman zalına baş çəkməyə tənbəllik etməyin.

Ağır pəhrizlər

Həddindən artıq aşağı kalorili qidalar qəbul etmək bədənin yağ nisbətində ani azalma yaradır, çox gərgin məşq proqramları isə estrojen səviyyəsinin azalmasına səbəb olur. İntensiv məşq və aşağı kalorili pəhrizlərə məruz qalan orqanizmdə estrojen səviyyəsi aşağı düşərək sağlam tarazlığı pozur. Ağır pəhrizlərlə bədəninizin tarazlığını pozmamaq üçün kalori hesabı aparmadan sağlam qidalanmağa üstünlük verin. Arıqlamaq və gözəlləşmək istəyərkən bədəninizin tarazlığını pozmamaq üçün mütləq mütəxəssis nəzarətində pəhriz saxlayın.

Menstruasiya dövründə şirniyyatlara cummaq

Menstruasiya dövründə şirniyyatlara cummaq sizi olduğunuzdan daha gərgin hala salır, eyni zamanda o dövrdə avtomatik olaraq dairəyə girən beyin hormonlara da təsir edir. Əgər menstruasiya dövr öncəsi müşahidələriniz sizi qıcıqlandırır və depressiyaya salırsa, bu halda şəkər yeməklə özünüzü daha pis hiss etmənizə yol açırsınız. Bu isə heç bir terapevtik təsir göstərməz. Bu dövrdə şirniyyatlara cummaq yerinə ispanaq və şərab istehlak etməyi sınaqdan keçirin. Bu zaman özünüzü daha yaxşı hiss edəcəksiniz!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm