• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Saçqıran dərdindən azad edən təbii yağlar

Saçqıran dərdindən azad edən təbii yağlar

Saçqıranları aradan qaldırmaq üçün təbii və bitki mənşəli maska təriflərini evdə özünüz də hazırlaya bilərsiniz. Evdə saçlara qulluq edərək saçqıranlardan tamamilə xilas olmağınız mümkündür. Aptekdən asanlıqla tapa biləcəyiniz bu yağlar Amerikan armudu və zeytun yağı, hindqozu yağı, çobanyastığı və qatıq, jojoba yağı sizin üçün ən təsirli və təbii saç baxım məhsullarıdır.

Amerikan armudu və zeytun yağı: Zeytun yağı ən effektli saç uzadan və saçqıranları aradan qaldıran yağdır. Təbii zeytun yağı ilə hazırlayacağınız bu maska saçları tez zamanda gücləndirir və gözəlləşdirir. Amerikan armudunun yarısını və iki çay qaşığı zeytun yağını bir qaba tökün. Onları krem halına gələnə qədər yaxşıca qarışdırın. Saçlarınızı yuduqdan sonra bu maskası saça çəkib 10 dəqiqə gözləyin. Başınızı isti dəsmalla bağlayın. Daha sonra saçınızı ilıq su ilə yaxalayın.

Hindqozu yağı: Kosmetik məhsullarda ən çox üstünlük verilən yağdır. Hindqozu yağı saç baxımında olduqca yaxşı nəticələr verir. Saç kontekstində ən yaxşı vəzifəsi saçqıranları qısa müddətdə yox etməsidir. Hindqozu yağını olduğu kimi saf halı ilə saç uclarına sürtün və bir müddət saxladıqdan sonra yaxalayın.

Çobanyastığı və qatıq ilə saç baxımı: 2-3 ədəd çobanyastığı tumunun qabığını çıxarın, qalan qisimləri blenderdə püre halına gətirin. İçinə 2 qəhvə fincanı qatıq əlavə edin və qarışdırın. Saç uclarına və saç diblərinə bu maskanı yayın. 30 dəqiqə gözləyib ilıq su ilə yaxalayın.

Süd, şəkər, yumurta və zeytun yağı ilə saç maskası: Bu maskanın saçqıranların qarşısını almaqda olduqca təsirli olduğu söylənilir. İki ədəd yumurtanın sarısını, 1 çay qaşığı şəkər tozunu, 2 xörək qaşığı zeytun yağını və yarım stəkan südü krem halına gələnə qədər qarışdırın. Saçlarda 10-15 dəqiqə saxladıqdan sonra yuya bilərsiniz.

Jojoba yağı: Bu yağı gecələr yatmazdan əvvəl saçların qırıq hissələrinə sürtün və bu yatın. Bu yağ həm saçların parıldamasına gətirib çıxaracaq, həm də saçqıranları aradan qaldıracaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR