Balıq yeyərək siqareti tərgidin
Bizi izləyin

Tabloid.az

Balıq yeyərək siqareti tərgidin

Omeqa 3 siqareti tərgitməyə kömək edir

İsrailli alimlərin apardıqları tədqiqatlar nəticəsində omeqa-3 yağını həb şəklində qəbul edən siqaret istifadəçilərinin nikotin ehtiyaclarının azaldığı ortaya çıxıb.

Araşdırmada gündə ən az 10 siqaret çəkən 18-45 yaşlı insanlar iştirak ediblər.

Alimlər omeqa-3 həblərindən qəbul edənlərin nikotin ehtiyaclarının 11 faiz azaldığını və onların gün ərzində çəkdikləri siqaretin sayını azaltdıqlarını bildirirlər.

Mütəxəssislər siqareti tərgitmək istəyənlərin həkim məsləhəti ilə omeqa 3 həblərindən istifadə etmələrini məsləhət görürlər. Ancaq omeqa 3-ü təbii çəkildə gündəlik istifadə etdiyimiz qidalardan da almaq olar.

Yağlı balıqlar, xüsusilə də qızıl balıq, ton balığı və sardina balığı omeqa 3 baxımından olduqca zəngindir. Həmçinin qoz və kətan toxumunda da omeqa 3 var. Bu qidaları gündəlik qida rasionunuza daxil edərək siqaretdən istifadəni azalda bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm