• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Baxımına fikir verən xanımlar üçün praktik gözəllik reseptləri

Baxımına fikir verən xanımlar üçün praktik gözəllik reseptləri

Zeytunun möcüzəvi qida olduğunu deməyə gərək varmı? Tərkibindəki maddələr sayəsində dərini ən təbii şəkildə qidalandırır və nəmləndirir. Tabloid.az xəbər verir ki, zeytunun həm daxildən, həm də zahirən orqanizmə təsiri inanılmazdır!

Alimlərin proqnozlarına görə, təqribən 6 min ilə yaxın keçmişi olan, Aralıq dənizi florasında yetişdirilən zeytun və ya zeytun ağacının barları sadəcə yeməklərə dad vermir. Zeytunun yağı eyni zamanda keçmişdən bu günə bədən sağlamlığının və gözəlliyinin qeydinə qalan bir möcüzə damcısıdır.

Tərkibindəki doymamış yağ turşuları ilə bərabər, təbii E və C vitaminləri ehtiva edir. Zeytun yağı həm daxilən, həm də zahirən bədəni aqressiv sərbəst radikallardan qoruyur. Bundan başqa, infeksiyaların qarşısını ala bilmək gücünə malikdir. Zeytun yağının güclü təsiri həmçinin dərinin uzun müddət gənc görünməsinə səbəb olur.

Mətbəxdə istifadə edildikdə isə tərkibindəki oleuropein maddəsi qan dövranını tənzimləyir. Ürək və damar xəstəliklərinə qarşı da qoruyucu təsiri var.

Parlaq saçlar: Quru və zərər görmüş saçlar üçün uzunluğuna görə 1-3 yemək qaşığı zeytun yağını saçlarınıza sürtün. Uclardan başlayaraq diblərinə doğru yağlanmış saçları nazik daraqla paylayın. Bu maskanı saçınızda gecə boyu saxlayın. Paltarınıza bulaşmaması üçün saçınızı tənziflə sarıya bilərsiniz.

Diqqət: Zeytun yağının saçlardan asan təmizlənməsi üçün əvvəl şampunu islanmamış saçda yaxşıca yayın. Sonra yüngülcə isladıb, əllərinizlə saç dibini masaj edərək bol suyun altında yaxşıca yaxalayın.

Bədən pilinqi: Dərinizin quruduğunu, hətta bəzi yerlərin sərtləşib qabıq verdiyini müşahidə edirsinizsə, bunun üçün bir miqdar duz və zeytun yağı qarışığı yaxşı həll yolu ola bilər. Dəniz duzu və yarım kasa zeytun yağını yumşaq qarışıq əmələ gələnə qədər bir qabda yaxşıca qarışdırın. Xüsusilə dərinin sərtləşməyə meyilli olduğu dizləri, dirsəkləri və ayaq dabanlarını əldə etdiyiniz qarışıqla ovun.

Diqqət: Bu maskanı həftədə bir təkrar edin. Beləcə dəriniz kifayət qədər yumşaq və hamar olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR