• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Gəlin saçında qaşlı və krujevalı bant dəbi - Fotolar

Gəlin saçında qaşlı və krujevalı bant dəbi - Fotolar

Gəlinlərin ən çox arzuladığı məqamlardan biri də saçlarının tamamilə başqa və daha möhtəşəm olmasıdır. Bunun üçün saç ustaları gəlin saçlarında fərq yaradan saç bantlarını və aksessuarlarını təklif edirlər.

Gəlin saçı modellərində yeni mövsümün ən iddialı modelləri muncuqlu lentlər və krujevalı bantlardır. Bu mövsüm gəlin saçlarında bantlı və lentli modellər də xeyli diqqət çəkir.

Xüsusilə toyunuz açıq havada olarsa, dağınıq və açıq saç modelləri çox uyğundur. Lakin bu qapalı məkanlarda saçları açıq qoymaq olmaz mənasını vermir. Saçlarınıza təzə çiçəklər taxa, ya da bu il çox trend olan saç lentlərindən istifadə edə bilərsiniz. Alnınızda dayanan daşlı, krujevalı və zəncirli bantlar mövsümün ən trend aksessuarlarıdır.

Klassik toppuzları və tacları sevən gəlin namizədləri də var. Ancaq bəzən sərhədləri aşıb, fərqli şeylər də sınamaq lazımdır. Artıq gəlinlik paltarlarında rənglər və modellər sərhəd tanımır. Ona görə də siz niyə bantlarla saçlarınıza fərqli yığım etməyəsiniz? Məsələn, lent əvəzinə çobanyastığından düzəldilən xüsusi çələnglərdən istifadə edə bilərsiniz.

Əgər parıltını və dəbdəbəni sevən gəlin obrazı düşürsünüzsə, üstündə daşların və pulcuqların bol istifadə edildiyi saç lentlərini təklif edirik. Təbii və romantik gəlin olmaq istəyirsinizsə, daha çox krujeva, mirvari və çiçəklərin istifadə edildiyi modellərə müraciət edin. Ancaq seçiminiz nə olursa olsun, o gecənin ulduzu hər bir halda siz olacaqsınız!

Qalın olmayan gəlin saçlarının ən böyük problemi saçların sönməsi və öz həcmini tez itirməsidir. Qadın gözəllik salonlarında istifadə edilən məhsullara diqqət edin, saçlarınızı möhkəmləndirəcək bu məhsulları toyunuzdan əvvəl yoxlamalısınız. Toyu qalın, qıvrım saçlarla başlayıb irəliləyən saatlarda dümdüz olan saçlarla başa vurmaq xoşagəlməz haldır. Əgər saçlarınız çox zəif və incə tellidirsə, daraqla saçları həcmli etməyə çalışın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR