Kişilər nə üçün uzun saçlı qadınları daha çox sevirlər?
Bizi izləyin

Tabloid.az

Kişilər nə üçün uzun saçlı qadınları daha çox sevirlər?

Kişilər nə üçün uzun saç qadınları sevirlər?

Məlumatın mənbəyi istər elmi araşdırmalar olsun, istər öz ətrafınızdakı insanlar, nəticə eyni olacaq: Kişilər qadınlarda uzun saçı sevirlər! Kişilərin uzun saç sevməsinin ən əsas səbəbi qadına daha romantik görünüş verməsidir. Kişilər uzun və sağlam saçlara sahib olan qadının sağlamlığını müsbət qiymətləndirir və uşaq dünyaya gətirməsində heç bir problem olmadığını düşünürlər.

Əgər ümumi bədən sağlamlığınız yaxşıdırsa, saçlarınız təbii, parlaq görünəcək və sağlam uzanacaqdır. Kişilər də instinktiv olaraq (ya da şüurlu olaraq) sağlamlığı yaxşı olan qadınlarla münasibət qurmaq istəyirlər. Əgər saçlarınız çiyinlərinizə dəyəcək qədər uzundursa, bu, qarşı tərəfə sağlamlığınızın ən az iki ildir ki, yaxşı olduğunu göstərir. Daha uzun saçlar daha sağlam olduğunuz mənasına gəlir.

Gənclik saçların daha sağlam görünməsi üçün ən yaxşı dönəmdir. Bununla yanaşı saç baxımının ardıcıl olaraq aparılması, zərər verən kimyəvi məhsulların mümkün qədər az istifadə edilməsi, düzgün qidalanma ilə hər yaşda sağlam saçlara sahib olmaq mümkündür. Bir çox qadın 45-50 yaşından sonra saçlarını qısa kəsdirir, amma sağlam uzun saçların daha gənc görüntü yaratdığı da həqiqətdir. Uzun və sağlam saçları olan qadınların daha gənc göründüyünü dana bilmərik.

Əlbəttə, kişilərin uzun saç sevməsinin səbəbləri tamamilə instinktiv olaraq müəyyən edilə bilməz. Uzun və parlaq saçlar ümumi görünüşünüzə işıltı qatır. Daha parıltılı və cazibədar görünməyinizi təmin edərək qarşı tərəfi cəlb edir.

Kişilərin hamısının uzun saç sevdiyini söyləmək də səhv olardı. Bunu ancaq bir ümumiləşdirmə kimi istifadə edə bilərik. Bəzi mədəniyyətlərdə, ictimai birliklərdə qısa saçlı qadınlar daha cazibədar olaraq qəbul edilir. Və ya üz formasına görə bəzi qadınlara qısa saç uzun saçdan daha çox yaraşır. Holli Berri və Sienna Milleri qısa saçlı cazibədar qadınlara ən yaxşı nümunə göstərmək olar.

Saçlarınızın uzunluğundan asılı olaraq onlara mütəmadi şəkildə qulluq etməli və parlaqlığını qorumalısınız. Saçlarınızın mənzərəsi təkcə ətrafa deyil, sizə də ümumi sağlamlığınız haqda ipucları verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm