Bozun 50 çaları xanımları ağuşuna alacaq - Fotolar
Bizi izləyin

Tabloid.az

Bozun 50 çaları xanımları ağuşuna alacaq - Fotolar

Bozun 50 çaları xanımları ağuşuna alacaq

Bu qış bozun müxtəlif çalarlarının bizi öz ağuşuna alıb hər tərəfdən əhatə etdiyi mövsüm yaşayırıq. Qışa yaraşan rəng olması ilə yanaşı, boz geyimlərdə xanımlar daha zərif və qəşəng görünürlər. Buna görə də xanımların çoxu bozun müxtəlif çalarlarına daha çox müraciət edirlər. Xardal rəngindən sonra mövsümün ən trend rəngi boz rəngli sviterlərdir. Bir çox markanın dizaynerlərinin modapərəstlərə təqdim etdiyi boz sviterlər bol çeşidləri ilə fərqlənirlər.

Məncə, trend olması səbəbindən tez-tez üstünlük verilən bu parçalar hər bir qızın qarderobunu mütləq bəzəməlidir. Çünki boz sviterlər vaxtsız və klassik dəyərləndirilən geyimdir. İstər oversized (bol kəsim), istər balıqçı, istər toxunma variantları boz sviterlərdə çox aktualdır. Pastel qırmızıdan, kobalt maviyə bir çox rəng tonu yaraşan və insana qüsursuz gözəllik vəd edən bu trend parça küçə dəbinin ulduzlarından da yan keçmir.

Tabloid.az boz rəngli sviterlərə aid bir neçə nümunə toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm