Kişilərin qəlbini fəth edən modeldən gözəllik sirləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Kişilərin qəlbini fəth edən modeldən gözəllik sirləri - Fotolar

Kişilərin qəlbini fəth edən modeldən gözəllik sirləri

Cazibədar model Miranda Kerrin nənəsinin “müqəddəs” gözəllik məsləhətləri əməl etdiyi birinci gözəllik ritualları arasında dayanır. Miranda müsahibələrinin birində bunları söyləmişdi: “Nənəm kişilər haqqında gözəl məsləhətlər verərdi. O, qadınların hər gün baxımlı olmasının tərəfdarı idi. İddia edirdi ki, əgər siz hər gün sadə makiyaj edib, erotik alt paltarları geyinsəniz, onda ərinizin gözü sizdən başqa heç kimi görməyəcək!”

Tabloid.az xəbər verir ki, cazibədar model bədən quruluşuna xüsusi qulluq edir, formada qalmaq üçün idmanla məşğul olur. Doğuşdan 3 ay sonra model çimərlik geyimində mükəmməl qarnı ilə hamının qarşısına çıxmasını idmana borcludur. Model belə gözəl görünməyinin formulunu hamıya böyük fəxr hissi ilə açıqlayır: “Sağlamlığıma çox ciddi nəzarət edirəm. Səhhətinizdə heç bir problem, xəstəlik yoxdursa, yeməklərdə nələrəsə qadağa qoymaq olar. Hər birimiz artıq çəkidən xilas olmaq üçün müxtəlif üsullardan xəbərdar olmalıyıq”.

Bədəninin gözəlliyini saxlamaq üçün daim idman edən Miranda 13-14 ildir yoqadan əl çəkmir. Xanımlara gimnastika ilə məşğul olmağı tövsiyə edən Miranda bütün bunlara əməl edilərsə, həm sağlam, həm də gözəl bədənə sahib olmağın asanlığını vurğulayır. Onun ən sevimli qidası yaşıl şirələrdir. Miranda Kerr gözəl bədən quruluşunu saxlamaq üçün bunları etdiyini bildirir: “Yaşıl şirə bütün xəstəliklərin dərmanıdır. Yaşıl şirə qan dövranını nizama salır və bədəni oksigenlə təmin edir. Bundan əlavə, bu şirələr yeməkləri də əvəz edə bilir”.

Həmçinin balığı da çox sevir. Ən zəif nöqtəsi isə şokoladdır. Bir oğul anası olan Miranda bədən fırçası ilə duş qəbul etməyi sevir. Miranda bildirir ki, “Bədən fırçasının sayəsində qan dövranı yaxşılaşır və ölü hüceyrələr bədəndən uzaqlaşır. Ən əsası, bu, sellülitdən yaxa qurtarmğa imkan verir və dərini inanılmaz dərəcədə yumşaq edir”.

Model hindqozu yağından hər sahədə istifadə edir, hətta yeməklərinə də hindqozu yağı əlavə edir. Yaxşı formada qalmaq üçün əsas şərt özünü sevmək və özünə güvənməkdir. Özünü sevməyən şəxsin baxımlı olmasının mümkünsüz olduğunu bildirir.

Miranda Kerr podiumun ən gözəl qadını olmasına baxmayaraq, xalat geyinib istirahət etməyi xoşlayır. Geyim tərzi haqqında isə bunları söyləyir: “Stilim hara getməyimdən asılıdır. Əgər mən görüşə və ya gəzməyə gedirəmsə, dəblə ayaqlaşmağı və qarderobumla əylənməyi sevirəm. Özümə ən çox yaraşan geyimləri seçirəm. Evdə oğlumla vaxt keçirib və əylənmək istəyirəmsə, sadə pijamada da gəzə bilərəm. Hamilə qadınların geyimləri isə çox rahat olmalıdır. Mən maksi (uzun) geyimləri çox sevirəm. Hamilə olanda onlarda özümü çox rahat hiss edirdim. Hamiləlikdən sonra əvvəlki formama qayıda bilmək üçün yoqa ilə məşğul olurdum. Hamiləlikdən sonra isə plateslə məşğul olur, məşqlərimi davam edirdim. Yəni, bədənimi ona lazım olan “qida” ilə təmin edirəm. Bu səhər ayini orqanizmdə əhəmiyyətli olan bütün prosesləri hərəkətə gətirir. Bu, həmçinin immuniteti qaldırır və orqanizmdə PH səviyyəsini yaxşılaşdırır. Bundan əlavə, C vitamininin əhəmiyyətini də unutmaq olmaz. Mən saçlarımı adətən axşamlar yuyuram və axşamlar təbii üsulla qurumasına çalışıram. Saçımın səliqəyə salınmasına gəldikdə, bunu səhərlər edirəm. Bunun üçün təbii materialdan hazırlanan daraqdan istifadə edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm