Eminin Azərbaycan dilində oxuduğu duetindən parça - Video
Bizi izləyin

Tabloid.az

Eminin Azərbaycan dilində oxuduğu duetindən parça - Video

Tabloid.az xəbər verir ki, Emin Zülfiyyə Xanbabayeva ilə "Baharlı yurdum" mahnısını ifa edib.

Müğənni-bəstəkar Emin Ağalarovun Bakıda verəcəyi yubiley konsertində xalq artisti Zülfiyyə Xanbabayeva ilə duet oxuyacağı haqda məlumat vermişdik.

Tabloid.az xəbər verir ki, Emin artıq Zülfiyyə Xanbabayeva ilə mahnını ifa edib. Onlar birgə Müslüm Maqomayevin “Baharlı yurdum” mahnısını oxuyublar.

Emin “Facebook”dakı rəsmi səhifəsində mahnıdan bir hissəni paylaşaraq “Dekabrın 4-də biz Zülfiyyə Xanbabayeva ilə dahi bəstəkar Müslüm Maqomayevin mahnısını oxuyacağıq. Bu, öz doğma Azərbaycan dilimdə ilk ifa etdiyim mahnı olacaq. Bu mənim üçün böyük qürur və imtahandır”- deyə qeyd edib.

Xatırladaq ki, Emin Ağalarov dekabrın 4-də “Baku Crystal Hall”da yubiley konserti verəcək. İfaçının konserti silsilə xarakteri daşıyacaq. Çıxış dekabrın 4-də Bakıda, 10 və 11-də isə Moskvada olacaq. Konsertdə Emin Ağalarov Ani Lorakla, Stas Piyexa, Qriqori Lepslə, İrina Dupsova ilə duet oxuyacaq. Həmçinin İqor Krutoyla da duet hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm