Ancelina Coli ilə Bred Pittin “selfie” yarışı – Fotolar
Bizi izləyin

Tabloid.az

Ancelina Coli ilə Bred Pittin “selfie” yarışı – Fotolar

Dünyanın ən təvazökar ulduzları pərəstişkarlarını sevindirdilər

Cazibədar aktrisa Ancelina Coli rejissorluğunu etdiyi “Boyun əyməz” adlı filmin premyerası üçün Sidneyə gedib. Yaraşıqlı aktyor Bred Pitt də xanımı ilə birgə qalada iştirak edib. Filmin nümayişindən öncə fanatları ilə bol-bol şəkil çəkdirib, “selfie”lər etdirən Ancelina Coli ilə Bred Pitt sadəlikləri və təvazökarlıqları ilə bir daha hamının ürəyini fəth ediblər.

Gözəl aktrisa Ancelina Coli əyninə yapışan, uzun, qara naxışlı boz libası ilə göz qamaşdırıb. O, saçlarını toppuz yığıb, üzünə isə çox sadə makiyaj edib. Bred Pitt isə həmişəki kimi günəş eynəyi və şıq kostyumu ilə çox xarizmatik görünüb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm