Şıq görünmək istəyən kişilər üçün moda qaydaları
Bizi izləyin

Tabloid.az

Şıq görünmək istəyən kişilər üçün moda qaydaları

Şıq görünün və qadınların ürəyini fəth edin!

Öz tərzini yaradan, trendləri təqib edən kişilərin sayı getdikcə artır. Bütün kişilər şıq görünmək, xanımların ürəyini fəth etmək arzusundadır. Tabloid.az sizin üçün əsas moda qaydalarını araşdırıb.

Köynəyə uyğun qalstuk taxın

Qalstukla köynəyin uyğunluğu şıqlığın əsas şərtidir. Qalstuk stilinizi əks etdirir, ona görə də cizgili və ya klassik kişi detalları olan qalstuklar seçməyə çalışın. Qalstukla köynəyin rəngi eyni olmamalıdır, ancaq bir-birinə yaraşan rənglər seçilməlidir. Naxışlı köynəkləri sadə, klassik qalstuklarla tamamlayın.

Klasik, düz şalvarlar geyinin

Düz kəsimli klassik şalvarlar həmişə şıqlığınızı siğortalayır. Sadə və müasir ab-havaya bürünməyinizə kömək edir. Hər geyimlə uyğunlaşır.

Kəməriniz ilə ayaqqabınız eyni rəngdə olsun

Toqqa ilə ayaqqabıların rəngi həmişə eyni olmalıdır. Qara, qəhvəyi kimi klassik rənglərə üstünlük verin. Çünki digər rəngləri kombinləmək daha çətindir. İdman stilində geyinirsinizsə, həmin tərzə uyğun kəmərlərdən istifadə edin.

Keyfiyyətli saat alın

Saat kişilərin ən önəmli aksessuarıdır. Həm idman stilində, həm də şıq kostyumla istifadə edə biləcəyiniz keyfiyyətli saatlara pul xərcləməkdən çəkinməyin. Saatınızın kəmərinin rəngi ayaqqabı və toqqanızın rəngi ilə eyni olsun.

Corabları seçərkən diqqətli olun

Corab seçərkən ən əsas qayda şalvar və ayaqqabınızın rəngi ilə uyğun olmasıdır. Tünd rəngli corablara üstünlük versəniz, daha yaxşı olar. Tünd rəngli kostyumları qara rəngli, cizgili corablarla tamamlayın. Ağ corbalar isə idman tərzində geyinənlər üçün daha uyğundur.

Linza əvəzinə eynəkdən istifadə edin

Əgər gözlərinizdə zəiflik varsa, linzadan yox, eynəkdən istifadə edin. Çünki şıq eynək modelləri ilə daha xarizmatik görünmək mümkündür. Seçdiyiniz eynək modelinin həm üz quruluşunuza yaraşması, həm də tərzinizi əks etdirməsi vacibdir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm