Kənan MM kimə pulsuz klip çəkdi? - Video
Bizi izləyin

Tabloid.az

Kənan MM kimə pulsuz klip çəkdi? - Video

Müğənni və teleaparıcı Vüsalə Rəcəbova İstanbulda çəkdirdiyi klipini təqdim edib. “Getmə” adlanın mahnısının (söz və musiqisi Rəşad Bağırov) ekran görüntülərini ilk olaraq mətbuat nümayəndələri ilə paylaşan sənətçi deyib ki, rejissor Kənan MM bu klipi ail

Müğənni və teleaparıcı Vüsalə Rəcəbova İstanbulda çəkdirdiyi klipini təqdim edib. “Getmə” adlanın mahnısının (söz və musiqisi Rəşad Bağırov) ekran görüntülərini ilk olaraq mətbuat nümayəndələri ilə paylaşan sənətçi deyib ki, rejissor Kənan MM bu klipi ailəvi dostluq etdiyi Vüsalə xanıma hədiyyə edib.

“Kənan bəylə dost münasibətlərimiz uzun illərə söykənir. “Sevməyi öyrədim” mahnımı ekranlaşdırmaqla, o, bir daha klip çəkməyəcəyi ilə bağlı məhdudiyyətini götürdü. Yeni klipi isə mənə dost hədiyyəsi etdi. Təmənnasız çəkdi. Çəkilişlər İstanbulda oldu. Məkanlar “Fatih Harbiyə”dəki Macitin villası və şəhər içində, alış-veriş yerləri oldu. Biz villanı bir günlük icarəyə götürdük və həmin gün məkanda serial çəkilişi aparılmadı” – deyən Vüsalə Rəcəbova peşəkar komanda ilə maraqlı ekran işi ortaya çıxardıqlarına əmin olduğunu bildirdi.

Klipdəki tərəf müqabili Qafur bəylə həyatda sevgi münasibəti olan sənətçi Bakıya qayıdandan sonra birlikdə Kənan bəyi və xanımını evə qonaq dəvət ediblər. Onlar birlikdə növbəti klipin çəkilişinin planını da cızıblar.

Xatırladaq ki, yeni klip mini film şəklində hazırlanıb. Ssenariyə görə, tərəf müqabilini bağışlayıb, onunla nikaha daxil olan Vüsalə xanım ana olmaq ərəfəsində yenə xəyanətlə üzləşir. Mövzunun davamı üçüncü klipdə bəlli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm