Türkiyəli aktyorun azərbaycanlı qız fanatlarının çılğınlıqları – Fotolar, Video
Bizi izləyin

Tabloid.az

Türkiyəli aktyorun azərbaycanlı qız fanatlarının çılğınlıqları – Fotolar, Video

“Nizami” Kino Mərkəzində “Unutursam fısılda” filminin qala gecəsi keçirilib.

“Nizami” Kino Mərkəzində “Unutursam fısılda” filminin qala gecəsi keçirilib.

Tabloid.az xəbər verir ki, gecədə filmin rejissoru Çağan İrmak, aktyorlar Farah Zeynep Abdullah, Kerem Bürsin, Işıl Yücesoy, Gözde Cığacı iştirak ediblər.

Gözlənildiyinin tam əksinə olaraq, filmdə baş rollardan birinin ifaçısı “Möhtəşəm yüz il” serialının “şahzadə Mustafa”sı aktyor Mehmet Günsur gecəyə qatılmayıb. Media mənsublarına aktyorun son ana qədər gələcəyinin gözlənildiyi, lakin Günsurun bir dostunun toyunda iştirakı ilə bağlı Bakıya gələ bilmədiyi açıqlanıb.

Qonaqlar fanatların böyük coşqusu ilə qarşılanıb. Xüsusilə də qız fanatların Kerem Bürsin üçün etdikləri canfəşanlıq gecəyə damğasını vurub...

Anşlaqla keçən qarşılanma mərasimindən sonra “Unutursam fısılda” filmi media mənsublarına və ictimaiyyətə təqdim olunub.

Türkiyənin məşhur “Taff Pictures” studiyasında rejissor Çağan İrmakın lentə aldığı bu film qurduqları xəyalların dalınca qəsəbədən İstanbula qaçan Hatiçe və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir.

2014-cü ildə romantik dram janrında lentə alınan ekran əsərinin çəkilişləri İzmirdə aparılıb. Filmdə Ayperinin cavanlıq illərini bacarıqlı aktrisa Farah Zeynep Abdullah, yaşlı vaxtını Hümeyra Akbay, bacısının cavanlığını Gözde Cığacı, yaşlı vaxtını Işıl Yucesoy, Tarıkı aktyor Mehmet Günsür, Erhanı Kerem Bürsin yaradıb.

Filmin nümayişindən sonra səhnəyə çıxan yaradıcı heyət böyük tamaşaçı coşğusu ilə qarşılandı. Qonaqlar sevənləri ilə birlikdə “selfie” də çəkdirdilər. Yeri gəlmişkən, Kerem Bürsin öz Twitter hesabında həmin "selfie"ni və Bakıda qala gecəsindən maraqlı görüntülərini izləyiciləri ilə paylaşıb.

Daha sonra qonaqlar mətbuat konfransı keçirdilər. Onlar belə isti qarşılanmadan xoş olduqlarını dilə gətirdilər.

Konfrans zamanı Kerem Bürsin inanılmaz dərəcədə maraqlı rejissorla birgə işləməkdən olduqca xoşbəxt olduğunu və çəkilişlərin həddindən artıq macəralı olduğunu deyib. Aktyor bu film çəkilişlərində özü üçün çox şey öyrəndiyini bildirib.

“Güneşi beklerken” serialı ilə məşhurlaşan Kerem Bürsin filmdə yaratdığı obrazdan fərqli olaraq, həyatda çox darıxdırıcı biri olduğunu deyib.

“Öz xasiyyətimə əks olan birini canlandırdığım üçün həmin rollar məndə daha maraqlı alınır”.

Film haqqında məlumat verən rejissor Çağan Irmak ssenarinin çoxdan yazıldığını, 2005-ci ildə ona yenidən göz gəzdirdyini bildirib. O, bu filmin ikinci hissəsinin çəkiləcəyi ilə bağlı xəbərlərin əsassız olduğunu deyib.

Rejissor həmçinin Türkiyə və Azərbaycanın birgə istehsalı olan film çəkmək təkliflərinə də açıq olduğunu dilə gətirib.

Konfrans zamanı rejissor Türkiyə türkcəsində danışmaq istəyən jurnalistlərə iradını bildirib, onlara Azərbaycan türkcəsində danışmağın daha düzgün olduğunu xatırlatdı.

“Sizin tərcümə etməyinizə gərək yoxdur, biz sizi çox yaxşı anlayırıq. Biz zatən eyni dildə danışırıq. Siz daha düzgün türkcədə danışırsınız. Xahiş edirəm tərcümə etməyin”.

Jurnalistlərin suallarını cavablandıran aktrisa Gözde Cığacı bunun onun ilk filmi olduğunu və belə bir filmdə rol almaqdan məmnun olduğunu deyib.

Farah Zeynep Abdullah isə Bakıya gəlişindən məmnun olduğunu və şəhərə heyran qaldığını dilə gətirib.

Qeyd edək ki, Bakıya gələn qonaqlar qala gecəsindən öncə paytaxtı gəzmək şansını qaçırmayıblar. Onlar İçərişəhərdə gəziblər, daha sonra isə milli xörəklərin dadına baxıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm