Hadisə “Biznes kralı” ilə eşq yaşayır - Fotolar
Bizi izləyin

Tabloid.az

Hadisə “Biznes kralı” ilə eşq yaşayır - Fotolar

Hadisənin sirr kimi saxladığı sevgilisi üzə çıxdı

Türkiyənin ən seksual müğənnisi Hadisənin gizli eşqinin kim olduğu ortaya çıxıb.

Bir müddət öncə Murat Boz, daha sonra da Seda Sayanın oğlu ilə eşq yaşadığı iddia olunan Hadisə bu haqda heç bir açıqlama vermir, sevgilisinin adını sirr kimi saxlayırdı.

Ancaq ötən gün Hadisənin Hakan Başla birlikdə gecə klublarının birində əylənməsi, rəqs edib, səmimi söhbətlər etməsi gözəl müğənnini yenidən gündəmə gətirib.

Qeyd edək ki, 28 yaşlı Hakan Baş Türkiyənin onlayn ticarət sahəsində fəaliyyət göstərən ən məşhur biznes adamlarından biridir. Onlayn ticarətin liderlərindən biri olan “Lidyana.com”-un da ortağı olan Hakan Başa Türkiyədə "Biznes kralı" deyə müraciət edirlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm