Dünya belə idmançı qadın görməmişdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Dünya belə idmançı qadın görməmişdi - Fotolar

İdmançı qadınların da baxımlı ola biləcəyini sübut etdi

Qaçış idman növü ilə məşğul olan amerikalı Maqqi Vessi bütün dünyanın diqqət mərkəzindədir. Buna səbəb Maqqinin idmançıdan çox podiumda paltarları nümayiş etdirən modellərə bənzəməsidir. Çempionatlarda ölkəsini təmsil edən Maqqi Vessi hər dəfə normal qaçış uniformasından fərqlənən, naxışlı, qeyri-adi kəsimləri olan geyimlə izləyiciləri təəccübləndirir.

Vessi ilk dəfə iyun ayında baş tutan “U.S. Outdoor Track and Field Championship” adlı çempionatda 800 metrlik qaçışda nəzərləri üzərinə çəkib. O, “Chanel” sırğaları, sarı və mavi rəngli geyimi və eynəkləri ilə hamının marağına səbəb olub. Yarışda 4-cü olsa da, həftələrlə manşetlərdən düşməyən Vessi verdiyi açıqlamada məqsədinin idmana marağı artırmaq və sponsor tapmaq olduğunu bildirib.

Vessi geyimlərini Merlin Kastell adlı stilistlə birgə hazırlayır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm