Metyu MakKonahinin də “Şöhrət xiyabanın”da ulduzu oldu - Fotolar
Bizi izləyin

Tabloid.az

Metyu MakKonahinin də “Şöhrət xiyabanın”da ulduzu oldu - Fotolar

"Yaşayan ən seksual adam" həyat yoldaşı və 3 övladı ilə birgə

Hollivudun ən yaraşıqlı aktyorlarından biri olan Metyu MakKonahiyə Hollivud bulvarında yerləşən “Şöhrət xiyabanı”nda ulduz qoyulub.

Açılışda iştirak edən 45 yaşlı aktyor tədbirə həyat yoldaşı Kamila Alves və üç övladı - 6 yaşlı Vida, 4 yaşlı Levi və 2 yaşlı Livinqston ilə birgə gəlib.

Oskar laureatı olan Metyu 2005-ci ildə “People” jurnalı tərəfindən "Yaşayan ən seksual adam" seçilib.

Qeyd edək ki, Hollivud bulvarında əyləncə və incəsənət sahəsinə verdikləri töhvələrə görə, aktyorlara, musiqiçilərə, prodüserlərə, musiqi və teatr turppalarının rəhbərlərinə ulduz qoyulur. “Şöhrət xiyabanı” adlanan bu yerə hər il 10 milyondan çox insan baş çəkir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm