• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bədəndəki qırmızı xallar hansı xəstəliyin əlamətidir? - Fotolar

Bədəndəki qırmızı xallar hansı xəstəliyin əlamətidir?  - Fotolar

Qırmızı xallara çox vaxt damar xalları deyilir. Ən çox 30 yaşdan sonra müşahidə edilən xallar damarlardakı bəzi problemlərdən yaranır. 70 yaşdan sonra insanların 80 faizində olur.

Normal halda sağlamlıq baxımından heç bir təhlükə yaratmasalar da bu xallarda ani şəkildə baş verən dəyişikliklər və saylarının artması halında mütləq dermotoloqa müraciət etmək lazımdır.

Qırmızı rəngli xallar adətən oval formasında olur və 0,5 sm-ə kimi böyüyə bilir. Bəziləri dəridən ayrılmış formada, artıq ət kimi görünə bilərlər. Ən çox qollarda, çiyinlərdə olur. Bu xallar bəzən qoparaq qanaya bilir.

Qırmızı xalların hansı səbəbdən ortaya çıxdıqları tam olaraq bilinmir. Ancaq genetika, hormonlar, isti, nəmli hava bu xalların yaranmasına şərait yaradır. Hamiləlik və yaş faktoru isə ən önəmli səbəblərdəndir.

Bu xallar dəri xərçənginin ilk əlamətləri ola bilərlər. Buna görə də bədəninizdə 5-dən çox qırmızı xal varsa, mütləq müayinədən keçməlisiniz.

Qırmızı xalları lazerlə ağrısız şəkildə yandırıb yox edirlər. Estetik baxımdan gözəl görünmək istəyən xanımlar bu üsula müraciət edirlər.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR