• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gözlərə cazibədarlıq qatan gözəl makiyaj hiyləsi - Fotolar və Video

Gözlərə cazibədarlıq qatan gözəl makiyaj hiyləsi - Fotolar və Video

Qışın populyar makiyaj trendlərindən biri də qəhvəyi dumanlı gözlərdir. Cessika Alba, Cenifer Lourens, Kara Delevoin, Natali Portman kimi bir çox dəb ilahəsi dumanlı göz makiyajı ilə daha valehedici görünürlər.

Əgər siz də dumanlı göz makiyajı etmək istəyirsinizsə, ən gözəl məşhur qadınların stillərini təqib edərək onlardan ruhlana bilərsiniz. Bu makiyajı etmək əslində çətin deyil. Dumanlı gözlər illərdir dəbdə olub və qarşıdakı illərdə də populyar olmağa davam edəcək. Dumanlı göz makiyajı gözlərə cazibədarlıq əlavə etmək üçün gözəl makiyaj hiyləsidir.

Yeni mövsüm 2015-ci il üçün dumanlı göz makiyajları hələ də çox trendir. Amma bu dəfə, qəhvəyi dumanlı gözlər payız və qış üçün daha aktual hesab olunur. Qəhvəyi dumanlı göz makiyajı, qara qələmlə müqayisədə daha təbii dayanır və daha gənc görünüş verir. Buna görə məşhur gözəllərin ən çox üstünlük verdiyi göz makiyajı arasındadır.

Aşağıdakı qalereyada gözəlliyinə önəm verən və hər zaman baxımlı görünməyə çalışan xanımlar üçün qəhvəyi dumanlı göz makiyajı dəbini tətbiq etmiş məşhurların foto şəkillərinə yer vermişik.

Bu qışın soyuq günlərində qəhvəyi dumanlı göz makiyajı gözlərinizin daha yumşaq və isti görünməsini təmin edəcək. Hətta qəhvəyi dumanlı göz makiyajınız kişilərin də qəlibini alovlandıracaq. Onları sınamağa şübhə etməyin, həqiqətən çox gözəl görünüş verir. Gəlin birlikdə məşhurların dumanlı göz makiyajını nəzərdən keçirək...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR