Rihannanın rəqqası Aygünə iş təklif etdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Rihannanın rəqqası Aygünə iş təklif etdi - Fotolar

Yeni mahnı yazdıran xanım Kazımova gecədən səhərədək davam edən iş prosesindən şəkillərini sosial şəbəkədə paylaşıb. Şəkillərin altına müğənni “Çox yaxında” şərhini əlavə edib.

Aygün Kazımovanın Türkiyədə uğurlu fəaliyyəti artıq hər kəsə bəllidir. Xalq artisti yenidən iş başına keçib. Yeni mahnı yazdıran xanım Kazımova gecədən səhərədək davam edən iş prosesindən şəkillərini sosial şəbəkədə paylaşıb. Şəkillərin altına müğənni “Çox yaxında” şərhini əlavə edib.

Murat Yaprak isə şəklin altına “Aygün Kazımova ft. Murat Yaprak” sözlərini yazıb.

Əlavə edək ki, Aygün Kazımova bir müddət öncə söz və musiqisi Altan Çetinə aid “Arama beni” adlı mahnını təqdim edəcəyini bildirib.

Bundan başqa, Aygün Kazımovanın “Dünya layihəsi” çərçivəsində lentə aldırdığı “Coffee from Colombia” klipində xalq artistinin xoreoqrafı və dünya şöhrətli ulduzlar Rihanna, Castin Timberleyk kimi müğənnilərlə çalışan rəqqas Həmzə də müğənnimizə növbəti iş təklifi edib. Hazırda Avropada olan Həmzə Aygün Kazımovanı kraliça adlandıraraq onunla görüşmək və işləmək istədiyini yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm