Cinsin modelinə uyğun ayaqqabını necə seçməli? - Fotolar
Bizi izləyin

Tabloid.az

Cinsin modelinə uyğun ayaqqabını necə seçməli? - Fotolar

Hansı cinslə hansı ayaqqabı geyinməli?

Cins şalvarları ayaqqabı və ya uzunboğaz çəkmələrlə kombin etmək bəzən çətinlik yaradır. Şalvarın balağından asılı olaraq ayaqqabı modellərini müəyyən etmək əslində asanlıqla həll oluna bilər. Şalvar modelləri arasında boru şəklində cinslər üçün ayaqqabı seçmək ən çətinidir.

Enli balaq

Enli balaq şalvarlarla mütləq dikdaban ayaqqabı geyinmək lazımdır. Amma ucaboylusunuzsa və düz ayaqqabı geyinmək istəyirsinizsə, şalvarın balağına görə ayaqqabının dabanın qısa olmasına diqqət etmək lazımdır. Enli balaq şalvarlar xüsusən də qalın və hündürdaban ayaqqabılarla gözəl qalır. Hətta qalın dabanlı sabolarla da möcüzələr yaratmaq olar.

Dar cinslər

Güman edirəm ki, xanımların çoxu bu şalvar modelində ayaqqabı seçimində çətinlik çəkmirlər. Bunlar "Converse" ayaqqabılarla, baletkalarla, botlarla, hətta ayaqlarınız incədirsə, uzunboğaz çəkmələrlə yaraşan cins şalvar modelidir. Yenə nazik ayaqlara sahib olsanız, yastıdaban ayaqqabılarla da geyinə bilərsiniz. Həmçinin stilettolarla da çox xoş göründüyünü söyləmək lazımdır.

Boru şəklində və düz kəsim şalvarlar

Bu şalvar modeli ayaqqabı seçimində ən çox çətinlik törədən modeldir. Onların daha şıq görünməsi üçün balaqlarını bir neçə dəfə qatlaya bilərsiniz. Bu zaman ayaqqabı alternativləri arta bilər. Həm də ayaqlarınız mütənasib və xoş görünəcək. Balağının boyu, eni və ayaqqabının modeli bir-birini tamamlayırsa, son görüntü də yaxşı olacaqdır. Orta uzunluqda dikdaban ayaqqabı ümumiyyətlə boru şəklində şalvar ətəkləri ilə daha yaxşı dayanır. Qısa dabanlı ayaqqabılar da bu şalvar modeli üçün alternativdir.

"Boyfriend" cinslər

Bu şalvar kombin problemi olmayan başqa cins modelidir. Stilettolar, dikdaban səndəllər və ya "Oksford" ayaqqabılarla qəribə harmoniya nümayiş etdirən "Boyfriend" şalvarlar "Slipper" ayaqqabılarla da çox qəşəng görünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm