Təranə Qumral: “Mən Nazənini dünəndən məhkəməyə vermişəm”
Bizi izləyin

Tabloid.az

Təranə Qumral: “Mən Nazənini dünəndən məhkəməyə vermişəm”

Təranə Qumralla Nazənin gündəmi zəbt edən qalmaqallı davası davam edir.

Təranə Qumralla Nazənin gündəmi zəbt edən qalmaqallı davası davam edir.

Tabloid.az xəbər verir ki, əvvəlcə canı efirdə söz davasına çıxan məşhurlar indi məsələni hüquqi müstəvisində həll edəcəklər. Belə ki, bu gün Nazənin məhkəməyə müraciət edib. Müğənninin həmkarı Təranə Qumrala (İbrahimova) qarşı iddia ərizəsi üzrə mülki iş Nərimanov Rayon Məhkəməsində icraata götürülüb. Məhkəmənin hazırlıq iclası dekabrın 1-nə təyin olunub. İş Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın icraatına verilib.

İddia ərizəsində Təranə İbrahimova tərəfindən Nazənin barəsində şəxsiyyəti və fəaliyyəti barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların yayıldığı göstərilib.

Təranə Qumral Tabloid.az-a açıqlamasında qarşı tərəfin onu məhkəməyə verməsindən xəbərdar olduğunu, bundan narahatlıq hissi keçrimədiyini ifadə edib. “Nə olsun, mən onu dünəndən məhkəməyə vermişəm” - deyə T.Qumral deyib.

Öyrəndik ki, doğurdan da ötən gün müğənni Təranə Qumral həmkarı Nazənini şərəf və ləyaqətinin təhqir olunması və dəymiş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə verib.

Təranə Qumralın (İbrahimova Təranə Xeyrulla qızı) hüquqi nümayəndəsi Vüqar Səfərli bildirib ki, buna ANS telekanalında yayımlanan “Bazar səhəri” verilişinin 2 noyabr 2014-cü il saylı buraxılışında müğənni Nazəninin və prodüseri Pərvizin Təranə Qumral barədə səsləndirdiyi ifadələr səbəb olub.

Xatırladaq ki, iki sənətçi arasındakı münasibət müğənni Arzu Mələyin paytaxt restoranlarının birində keçirilən ad günündən sonra gərginləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm