Elnarə türkiyəli müğənni ilə duet oxudu - Fotolar
Bizi izləyin

Tabloid.az

Elnarə türkiyəli müğənni ilə duet oxudu - Fotolar

Elnarə Türkiyədə daha bir klip çəkdirdi

Tanınmış müğənni və teleaparıcı Elnarə Xəlilova yenicə Türkiyədən qayıdıb. O, tabloid.az-a açıqlamasında bildirib ki, İstanbulda yeni "Dayan" adlı mahnısına klip çəkdirib.

Mahnının söz və musiqisi bəstəkar Günel Sərdarqızına məxsusdur. Mahnı duet formasında ifa olunub. Onun duet ortağı Türkiyədəki “Popstar” yarışmasından tanınan Barış Kömürcüoğludur.

Mahnıya ekran həyatını Türkiyədə maraqlı işləri ilə tanınan rejissor Mustafa Sarıqaya quruluş verib. Klipdə Elnarənin tərəf müqabili də Barışdır:

“Yeni yaradıcı işimiz maraqlı alınıb. Ancaq bu barədə çox danışmaq istəmirəm. Çünki klip üçün qala-gecəsi təşkil ediləcək".

Müğənni əlavə etdi ki, klipin təqdimat mərasimi noyabrın 27-də Nizami Kino Mərkəzində olacaq. Tədbirdə yarıdıcı heyət də iştirak edəcək.

"Dayan" mahnısının ekran həyatından olan fotoları təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm