Keçmiş sevgilini geri qaytarmağın yolları
Bizi izləyin

Tabloid.az

Keçmiş sevgilini geri qaytarmağın yolları

Münasibətlərin bitməsinin bir çox səbəbi vardır. Bəzən cütlüklər bir-birlərinin hisslərini, istəklərini anlamaqda çətinlik çəkir ki, bu da fikir ayrılığına yol açır.

Münasibətlərin bitməsinin bir çox səbəbi vardır. Bəzən cütlüklər bir-birlərinin hisslərini, istəklərini anlamaqda çətinlik çəkir ki, bu da fikir ayrılığına yol açır. Bəzən bir-birilərinin sevgisindən şübhə edirlər. Bəzən də tərəfdaşlarını aldatmağa başlayırlar. İstər evli cütlüklər, istərsə də evli olmayan cütlüklərdə problemlər demək olar ki, eynidir. Ən geniş yayılmış problem də etimad məsələsində ortaya çıxır. Güvən yaratmaq olduqca çətindir. Və bu səbəbdən bitən münasibətlərə yenidən barışmaq istəyən tərəfi çox çətinə salacaq. Ancaq yenə də ayrıldıqdan sonra yenidən birləşmək mümkündür. Sevgilinizlə ayrılmısınızsa, ancaq onu hələ də çox sevirsinizsə, onun da sizi sevdiyini düşünürsünüzsə, hisslərinizin arxasınca gedin və sevgilinizlə barışaraq sülh əldə etməyə çalışın.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bitən əlaqənin yenidən doğulması üçün ən önəmli, hətta olmazsa-olmaz şərtlərdən biri hər iki tərəfin bunu istəməsidir. Əgər partnyorunuz sizi daha sevmirsə, yenidən birləşmək üçün boşu-boşuna çalışmayın. O an barışmaq şirin gələ bilər, ancaq sonra çox kədərlənəcəksiniz. Əgər partnyorunuzun sizi hələ də sevdiyindən əminsinizsə, bir addım atın və ona zəng edin, yaxud mesaj yazın.

Görüşmək istədiyinizi söyləyin və məkan olaraq da gözəl və sakit bir yer seçin. Birbaşa mövzuya daxil olmaqdan çəkinməyin. Ona təkrar münasibətə başlamaq istədiyinizi deyin. Duyğularınızı izah edin və hər şeyə yenidən başlamağı təklif edin. Detalları deməkdən çəkinməyin. Hər şeyi ən başdan danışmaq yaxşı olacaqdır.

Əlaqənizin bitməsinə səbəb olan hadisəni də mütləq danışın və həll etməyə çalışın. Əks halda aranızda təkrar problem yarana bilər. Keçmiş sevgiliniz təklifinizi qəbul etməsə, dərhal məğlub olmayın. Sizə hələ də qəzəbli olduğu üçün bu şəkildə reaksiya vermə ehtimalı var. Ona düşünmək üçün bir az vaxt verin. Onun etimadını qazanmaq üçün əlinizdən gələni mütləq edin.

Onu xoşbəxt edəcək xüsusi hədiyyələr alın. Bunu edərkən qiyməti baxımından deyil, dəyər baxımından əhəmiyyətli hədiyyələrə üstünlük verin. İstirahət etməyi təklif edin. Birlikdə tətilə çıxmağın əlaqəniz üçün çox yaxşı olacağını söyləyin. Onunla bağlı gələcək planlarınız olduğunu və onu nə qədər sevdiyinizi, xəyallarınızda onu düşündüyünüzü danışmağı da unutmayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm