Kim Kardaşyan qızı üçün ada alacaq
Bizi izləyin

Tabloid.az

Kim Kardaşyan qızı üçün ada alacaq

Ötən həftə çılpaq fotoşəkilləri ilə gündəmə gələn Kim Kardaşyan çılğınlıqlarına davam edir

Ötən həftə çılpaq fotoşəkilləri ilə gündəmə gələn Kim Kardaşyan çılğınlıqlarına davam edir. Məşhur ulduz bu dəfə də qızına ada almaq istədiyini açıqlayaraq bütün nəzərləri üzərinə çəkib. Kardaşyanın Avstraliyada yerləşən və dəyəri 5 milyon dollar olan Tısbağa adasını alacağı deyilir. Kim adada qızı Norf üçün oyun parkı inşa etdirməyi planlaşdırır.

Seksual ulduz adanı aldıqdan sonra adını dəyişdirərək və “Kardaşyan adası” qoyacaq.

Kardaşyanın həyatı ilə bağlı aldığı qərarlar bununla bitmir. O, uşaq övladlığa götürmək istədiyini də açıqlayıb. Hətta ötən gün getdiyi Taylandda uşaq evini ziyarət edib və orada gördüyü Pink adlı qız uşağını övladlığa götürmək istəyib. Ancaq 13 yaşlı qız ölkəsindən ayrılmaq istəmədiyini deyərək Kim Kardaşyanın təklifini rədd edib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm