Kişilərin ən böyük kabusu
Bizi izləyin

Tabloid.az

Kişilərin ən böyük kabusu

Kişilərin ən böyük kabusu

Daha çox 50 yaşdan sonra kişilərdə rast gəlinən prostat böyüməsi, iltihablanması və ya xərçəngi kimi xəstəliklərdə erkən diaqnoz qədər müalicə prosesində qidalanma da çox əhəmiyyətlidir. Aparılan araşdırmalar kişilərin qidalanma tərzinin prostat xərçəngi riskinə təsir göstərdiyini təsdiqləyir.

Xroniki prostatın müalicəsi asan deyil. Xəstəliyin erkən mərhələlərində və gənc yaşlarda müalicənin effektivliyi daha yüksəkdir. Ancaq bütün simptomlar və şikayətlər itdikdən sonra belə vəzdə anatomik dəyişikliklər qalır. Əksər xəstələr isə bu xəstəliklə ömür boyu yaşamaq məcburiyyətində qalırlar. Bununla yanaşı, müalicənin effektli olması üçün aşağıdakılar nəzərə alınmalıdır:

Ümumi soyuqlamadan qorunmaq və xüsusilə də soyuq yerdə oturmamaq;

Kəskin temperatur dəyişikliyindən qorunmaq;

Qıcıqlandırıcı və kəskin qidalardan az istifadə etmək;

Çoxlu maye qəbul etmək;

Qəbizliyi aradan götürmək;

Hərəkətli həyat tərzinə keçmək;

Davamlı cinsi əlaqədə olmaq;

Xroniki infeksiya ocaqlarının vaxtında müalicəsi.

Lif və kompleks karbohidratlarla zəngin, yağ və zülalın azlıq təşkil etdiyi qidalanma proqramı prostat xərçəngi riskini 70 faiz azaldır. İstehlak edilən karbohidrat qaynağının növü olduqca mühümdür. Kompleks karbohidratlar riski aşağı salarkən sadə karbohidrat istehlakı riski artırır.

Həmçinin çox süd istehlak edilməsi də prostat xərçəngi riskini artırır. Tədqiqatda südün təsiri qeyd edilib. Qatıq, pendir, dondurma kimi süd məhsullarının isə riski artırdığı bildirilir.

Metabolik sindrom bir çox xəstəliyə mənfi təsir etdiyi kimi, prostat xərçənginə də mənfi təsir göstərir.

Kalsium mineralının səviyyəsi də olduqca mühümdür. Qan analizlərində kalsium səviyyəsi aşağı olan insanlarda normal səviyyədə olan insanlarla müqayisədə prostat xərçəngi riski daha yüksək olub.

Su istehlakına diqqət yetirin, gündə 2 litr su için.

Spirt, turşu və kofeinli içki istehlakını azaldın.

Hər zaman lifli qidalanın, tərəvəz, meyvə, paxla fəsiləsindən olan bitkirlərin və taxılların qoruyucu xüsusiyyəti var.

Qırmızı ət istehlakını azaldıb ağ ət, xüsusilə balıq istehlakını artırın. Balığın tərkibindəki omeqa-3 prostata qarşı mükəmməl qoruyucudur.

Antioksidantlarla zəngin qidalanın, xüsusilə likopen və C vitamini kimi iki xərçəng döyüşçüsü olan tərəvəzlərlə qidalanın. Pomidor və qarpız istehlakına diqqət göstərin.

Seleniumun prostata qarşı qoruyucu təsiri məlumdur. Prostat problemi olan insanların qan analizlərində selen səviyyələri aşağı müəyyən edilib. Onlarda selenium müalicəsi aparıldıqdan sonra müsbət təsiri ortaya çıxıb.

Sink bədənimiz üçün əhəmiyyətli mineraldır. Sink çatışmazlığı hüceyrə funksiyalarına da mənfi təsir etdiyi üçün prostat sağlamlığını da mənfi təsir göstərir. Tərkibində sink olan qidalarla qidalanmaq çox vacibdir.

Xüsusən, gül kələmi, kahı, kələm, brokkoli, qırmızı qreypfrut, qarpız, pomidor, yaşıl çay, ağ çay, soya lobyası və sarımsaq prostatdan qoruyur. Onları mətbəxinizdən əskik etməməyiniz lazım olan qidalardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm