Zərif və sadə görünməyi sevən xanımların palto dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Zərif və sadə görünməyi sevən xanımların palto dəbi - Fotolar

Eleqant xanımların palto dəbi - Fotolar

Moda evlərinin kreativ dizaynerləri bu mövsüm paltoları mümkün qədər uzun formada təqdim ediblər. Kolleksiyalara və vitrinlərə nəzərə salsaq, bu qış uzun paltoların dəbə mindiyini görərik.

Bu mövsümdə demək olar ki, yerləri süpürəcək qədər uzun palto modellərinin trend olduğunu görəcəyik. Tabloid.az xəbər verir ki, ayaq biləklərinə qədər enən maksi bürüncəklər, "oversized" paltolar, anvelop və ya uzun plaş modelləri daha çox gözə çarpır. Xüsusilə, "oversized" modellərin maksi ölçülü paltolarının axınının əhəmiyyətli parçalarından biri halına gəldiyini söyləmək lazımdır.

Uzun palto modellərində neytral tonlar çox aktualdır, əlavə olaraq hərbi yaşıl tonları da diqqət çəkir. Önümüzdəki bahar isə naxışlı modellərin və pastel tonların maksi plaşlarda özünə yer tapa biləcəyini demək elə də çətin deyil. Maksi paltolar cins şalvarlar və mini geyimlərlə rahatlıqla kombinə edilə bilir. Ulduzların stilinə baxsaq, bu parçanın indidən küçə dəbinin ulduzu olduğu görünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm